Arxiv
27 Fevral 2020, 11:23 | HADİSƏ
Polis “Əmioğlu”nu həbs etdi - FOTO

Sumqayıtda qətl və bir neçə ağır cinayət törədən “Əmioğlu” ləqəbli şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub.  Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

 

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun “Mersedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

 

Sumqayıt ŞPİ-də Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi “Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib. Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib. Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi “Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib.

 

Qeyd edilən faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Paşinyanla qazın qiymətini müzakirə edib 6 Aprel 2020, 16:06 Pensiya və müavinət alanlara şad xəbər - ödənişləri istənilən bankomatlardan əlavə faiz tutulmadan çıxara bilərsiz 6 Aprel 2020, 15:58 Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA 6 Aprel 2020, 15:52 Vergi hesabatlarının verilməsi müddətləri AÇIQLANDI 6 Aprel 2020, 15:48 Bakıda saxta icazə arayışını 20 manata satan şəxs tutuldu 6 Aprel 2020, 15:44 Azərbaycanda daha 57 şəxsdə koronavirus aşkarlandı, 12 nəfər sağaldı 6 Aprel 2020, 15:32 "Dərs vaxtı"nın 7 aprel cədvəli 6 Aprel 2020, 15:24 Bu ölkədə pandemiya qurbanlarının sayı 13 mini ötdü 6 Aprel 2020, 15:22 Bir uşağın koronavirusa yoluxması nənə-babasının ölümünə SƏBƏB ola bilər 6 Aprel 2020, 15:16 Gənclər “Tələbə baharı”na dəvət olunur 6 Aprel 2020, 15:11 Koronavirusla mübarizə mövzusunda hekayə müsabiqəsi elan olundu 6 Aprel 2020, 15:03 Prezidentlərin oxuduğu azərbaycanlı YAZIÇI 6 Aprel 2020, 15:03 Həcc ziyarəti ləğv olunmaya bilər 6 Aprel 2020, 15:01 Bakıda keçiriləcək beynəlxalq sərgilərin vaxtı dəyişdirildi 6 Aprel 2020, 14:59 Qənirə Paşayeva 500 veterana tibbi-qoruyucu vasitə göndərdi 6 Aprel 2020, 14:52 Azərbaycanda hərbi çağırışçılara MÜRACİƏT 6 Aprel 2020, 14:43 COVİD-19-dan ölənlərin sayı 70 mini keçdi 6 Aprel 2020, 14:29 Neftin taleyi cümə axşamı HƏLL OLUNACAQ: ya havayı olacaq, ya da... - ŞƏRH 6 Aprel 2020, 14:27 Prezident və birinci xanım maska istehsalı müəssisəsinin AÇILIŞINDA 6 Aprel 2020, 14:12 ABŞ-ın baş infeksionistindən bədbin proqnoz: “Koronavirusu tam məhv etmək mümkün olmayacaq” 6 Aprel 2020, 14:01 Bəzi tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Layihə hazırlanır 6 Aprel 2020, 13:55 Neftlə bağlı Moskva və Ər-Riyadın razılaşmadığı əsas MƏQAM 6 Aprel 2020, 13:44 Milli Məclisin iki deputatı TƏBİB-in çağırışına qoşuldu: Könüllü olmağa hazırıq 6 Aprel 2020, 13:40 Sabahın HAVA PROQNOZU - güclü külək, yağış... 6 Aprel 2020, 13:27 Koronavirus nə zaman bitəcək? – Ekspertlərdən fərqli PROQNOZLAR 6 Aprel 2020, 13:19 Koronavirusdan sağalan hamilə qadın uşaq dünyaya gətirdi 6 Aprel 2020, 13:17 Ermənistanda qadın minaya düşdü 6 Aprel 2020, 13:13 Gürcüstanda COVİD-19-a yoluxanların sayı artdı 6 Aprel 2020, 13:05 Dövlət Neft Fondu proqnozları AÇIQLADI 6 Aprel 2020, 12:53 İsveçdə koronavirusla mücadilədə niyə küçəyə çıxmağa qadağa qoyulmur? 6 Aprel 2020, 12:49 Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən” layihəsinə başlayıb 6 Aprel 2020, 12:46 Cəbhədə düşmən təxribatı: 1 erməni hərbçi yaralandı 6 Aprel 2020, 12:44 Rüstəm Xəlilov Hacıqabulda monitorinq apardı  - FOTO 6 Aprel 2020, 12:29 Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin ediləcək? 6 Aprel 2020, 12:20 Azərbaycan nefti 20 faizədək bahalaşdı 6 Aprel 2020, 12:20