Modern.az

Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılır

Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılır

Aktual

27 Fevral 2020, 13:29

Türkiyə və Azərbaycan vətəndaşlarının vizasız qalma müddəti uzadılacaq.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Anadolu” agentliyinə bildirib.

 

O xatırladıb ki, fevralın 25-də Bakıda keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş” imzalanıb.

 

“İki ölkə vətəndaşlarının qarşılıqlı olaraq vizasız qalma müddəti 30 gündən 90 günə qədər artırılacaq. Bununla da qarşılıqlı səfərlər asanlaşacaq”, - deyə səfir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü