Modern.az

İlham Əliyev 3 generalı “Rəşadət” ordeni ilə təltif etdi - SƏRƏNCAM

İlham Əliyev 3 generalı “Rəşadət” ordeni ilə təltif etdi - SƏRƏNCAM

Aktual

27 Fevral 2020, 15:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

 

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

 

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

 

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir