Arxiv
28 Fevral 2020, 09:54 | DİASPOR
Diaspor Gənclərinin Yay Düşərgəsi: İdeoloji zənginlik, Birlik, Qarabağ...  

2018-ci ilin yayından etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı gənclərin Yay Düşərgəsi keçirilir.

 

İlk baxışdan bu aksiya sadə görünsə də, dünyanın ayrı-ayrı ölkəsində yaşayan gənc soydaşlarımızın ideoloji cəhətdən zənginləşmələri üçün əvəzsiz xidmətdir.

 

2018-ci ilin avqustunda keçirilən Diaspor Gənclərinin I Yay Düşərgəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyinə həsr olunmuşdu.

 

Ötən il isə iyul ayında Şamaxıda növbəti Yay Düşərgəsi təşkil edildi. Diaspor Gənclərinin II Yay Düşərgəsi isə “Nəsimi ili″ münasibətilə keçirildi.

 

 

 

Diaspor könül işi – KÖNÜLLÜLÜK

 

Bu il iyulun 12-dən 19-na qədər isə Qusarda Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcək.

Modern.az xəbər verir ki, düşərgənin təşkilində məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələrini vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir.

Budəfəki düşərgə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunub.

 

Düşərgədə 18-29 yaş arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan şəxslər iştirak edə bilərlər. Amma I və II Yay Düşərgələrində iştirak edən gənclər təkrar müraciət edə bilməzlər.

 

Bu cür düşərgələrdə iştirak həm də bizim azərbaycançılıq ideologiyamızı daha da möhkəmləndirir...

 

 

Latviyada yaşayan həmyerlimiz Asif İbrahimov Modern.az-a diaspora gənclərinin yay düşərgəsinin əhəmiyyətindən danışıb.

 

A.İbrahimov hesab edir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların biri-biri ilə münasibət yaratmaları üçün bu proqram çox əlverişlidir:

 

“Ötən il Şamaxıda keçirilən yay düşərgəsində iştirak etmişəm. Tədbir bitdikdən sonra da çox müsbət təəssüratlarla yaddaşımda qalıb. Bu layihə Azərbaycan gənclərinin biri-birini tanıması, birgə fəaliyyətin düzgün qurulması, biri-birinə dəstək göstərmək baxımından əlverişlidir.

 

Çünki həqiqətən da biz diaspor gəncləri biri-birimizi tanımalı, dəstək göstərməliyik. Dünyanın hansı ölkəsində yaşamağının fərqi yoxdur, diaspora fəaliyyəti ilə məşğul olan gənclər biri-birlərinə hər zaman kömək göstərməlidirlər”.

 

Asif İbrahimov diqqətə çatdırıb ki, Azərbaycana çox az hallarda gedib-gələn, hətta azərbaycanlı olsa da heç vaxt ölkəmizdə olmayan gənc həmvətənlərimiz var:

 

“Onların gənclər düşərgəsinə qatılması, Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı daha çox və dəqiq  məlumat əldə etmələrinə şərait yaradır. Bizə də bu barədə geniş məlumatlar verildi, şəhid ailələri ilə şəxsən görüşdük. Onlarla söhbətlərimizdə müharibə şəraitində yaşamağın çətinliyindən, torpaqlarımız uğrunda mübarizədən danışdıq.

 

Hər zaman siyasi tribunadan izlədiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir də həyatda həqiqi nəticələrini dərk etməyimizə öyrəndiklərimiz kömək oldu”. 

 

Diaspor Gənclərinin yay düşərgəsinin çox yaxşı proqram olduğunu bir daha vurğulayan həmyerlimiz layihənin davam etdirilməsini, uzunmüddətli olmasını arzu edir:

 

“Bu cür düşərgələrdə iştirak həm də bizim azərbaycançılıq ideologiyamızı daha da möhkəmləndirir.  Qeyd etdiyim kimi müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərimizə bağlılığını artırır. Biz fəxr edirik ki, Azərbaycanlıyıq və belə güclü dövlətimiz var”.

 

Gənclərimizin biri-biri ilə a yaxından tanış olması, Qarabağ  üçün əvəzsiz LAYİHƏ

 

 

Yay Düşərgəsinə Polşadan qatılan Lalə Zeynalova isə qeyd edib ki, düşərgənin təşkilində başlıca məqsəd, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələrini vahid platforma ətrafında bir araya gətirməkdir:

 

“Bu gənclərin Azərbaycanla daha yaxından tanış edilməsi, Qarabağ həqiqətlərini öyrənmələrinə yardım etməsi diasporun nail olduğu hədəfdir. Bu təşəbbüs, yəni Diaspor Gənclərinin Yay Düşərgəsi Diasporlarla İş üzrə Dövlət Komitəsinə məxsus olmaqla dövlətimiz adına müsbət layihə kimi dəyərləndirilməlidir.

 

Bundan öncə də yay düşərgələri olub və uğurla nəticələnib. Əsas hədəflər isə odur ki, bu layihə ildən ilə daha çox ölkəni əhatə etsin”

 

L.Zeynalova hesab edir ki, gənclərin bu istiqamətdə fəaliyyəti çox faydalı sayıla bilər:

 

"Çünki burada əhəmiyyətli fəaliyyət onlara böyük təcrübə qazandırır. Nəticədə isə həmin gənclərin dünyagörüşü və intellektual imkanları daha da genişlənir. Onların vətənə bağlılığı daha da gücləndikcə, Azərbaycan lobbiçilik fəaliyyəti də geniş vüsət alacaq.

 

Əsas üstünlüklərdən biri də odur ki, həmin gənclər Azərbaycan reallıqlarını, xüsusilə Qarabağ mövzusunda həqiqətləri beynəlxalq aləmdə lazımınca təbliğ etməklə geniş auditoriyalarda tanınma imkanına malik olacaqlar. Bundan başqa müxtəlif xalqların nümayəndələri ilə dostluq əlaqələrini gücləndirmək fürsəti də əldə edə bilərlər”.

 

Həmyerlimizin sözlərinə görə, bu təşəbbüsün digər əsas prioritetlərindən biri də odur ki, gənclərin bu fəaliyyəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına, ölkəmizin tarixi, mədəni irsi və adət-ənənələrinin davamlı təbliğinə, gənclərimizin sıx əməkdaşlıq şəraitində əlaqəli fəaliyyətinə, müxtəlif layihələr icra etməklə diaspor fəaliyyətinin inkişafına, xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyasının gücləndirilməsinə yönəlib.

 

Daha sonra xaricdə media orqanı təsis etmək imkanları, diaspor gənclərinin şəbəkələşməsində yeni medianın rolu, müasir müzakirə platformalarının yaradılması kimi məsələlərdə gənclərimizin uğurları ölkəmiz üçün ən böyük üstünlüklər sırasına aid edilə bilər.

 

Beləliklə, bir sıra strateji sahələrdə həll olunması müşkülə çevrilən məsələlərin öz həllini tapmasına da şərait yaradılmış olur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20 MİQ imtahanlarında iştirak üçün namizədlərə məlumatlar göndərildi 4 Dekabr 2020, 18:11 Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO 4 Dekabr 2020, 18:02 Erməni diplomatlar baş nazir və hökumətin istefasını tələb edirlər 4 Dekabr 2020, 17:56 TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 17:50 Almaniyada vaksinasiya pulsuz olacaq 4 Dekabr 2020, 17:44 “Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib” - Şentop 4 Dekabr 2020, 17:38 Dolların məzənnəsi sabit qaldı 4 Dekabr 2020, 17:32 ATƏT-ə yeni baş katib təyin olundu 4 Dekabr 2020, 17:26 Bakı və Yerevan əsirlərin tam siyahısını “Qızıl Xaç”a TƏQDİM ETDİ 4 Dekabr 2020, 17:20 Kəlbəcərin Yanşaq kəndinin görüntüləri - VİDEO 4 Dekabr 2020, 17:14 Bakıda parada hazırlıq işləri gedir - FOTOLAR 4 Dekabr 2020, 17:08 Azərbaycan Fransaya nota verdi - Səfir nazirliyə çağrıldı   4 Dekabr 2020, 17:02 Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb 4 Dekabr 2020, 16:56 “Azərbaycanlı hərbçilər Xankəndiyə gəliblər” - Erməni ekspertdən ETİRAZ 4 Dekabr 2020, 16:50 Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazdı 4 Dekabr 2020, 16:44 Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı 4 Dekabr 2020, 16:38 Sabiq icra başçısı vəfat etdi 4 Dekabr 2020, 16:32 Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev 4 Dekabr 2020, 16:26 Ərdoğan Bakı səfərinin tarixini AÇIQLADI 4 Dekabr 2020, 16:20 Ceyhun Bayramov Belarusun Azərbaycandakı səfirini qəbul edib 4 Dekabr 2020, 16:15 Mahmud Hacıyev: “Qarabağda qanunsuz silahların yığılması barədə tədbirlər görüləcək” 4 Dekabr 2020, 16:10 “İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm” - Ərdoğan 4 Dekabr 2020, 16:05 Azərbaycanda daha 4267 nəfər virusa yoluxdu - 41 nəfər öldü 4 Dekabr 2020, 16:00 Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO 4 Dekabr 2020, 15:55 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?