Modern.az

Çin səfərindən qayıdan prezident karantinə alındı

Çin səfərindən qayıdan prezident karantinə alındı

Hadisə

28 Fevral 2020, 11:48

Monqolustan Prezidenti Haltmaagiyn Battulqa Çinə səfər etdikdən sonra karantinə alınıb.

 

Modern.az-ın məlumatına görə, prezident və onun ailə üzvləri, eləcə də Xarici işlər naziri Damdingiyn Tsoqtbaatar iki həftə müddətində müşahidə altında saxlanılacaq.

 

Bütün bu müddət ərzində prezident və nazir Ulan-Batorun Bayanzurh rayonunda xəstəxanada olacaq.

 

Qeyd edək ki, H.Battulqa Çin səfərindən fevralın 27-də qayıdıb. Səfər zamanı o, Çinə koronavirusla mübarizəyə dəstək qismində 30 min qoyun hədiyyə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir