Modern.az

Diaspor Təşkilatının rəhbəri Bakıda jurnalistlərlə görüşdü - FOTO

Diaspor Təşkilatının rəhbəri Bakıda jurnalistlərlə görüşdü - FOTO

1 Mart 2020, 21:25

Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərov ilk dəfə olaraq Bakıda yerli media ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, ölkəyə iki günlük səfəri müddətində jurnalistlərlə görüş keçirən təşkilat rəhbəri diasporun fəliyyəti və görüləcək işlər barədə məlumat verib.


F.Cəfərov Polşada təqribən 5 min azərbaycanlının qeydiyyatda olduğunu və onlardan yalnız 2 min nəfərin Polşada yaşadığını deyib.

 

Diaspor rəhbəri orda qeydiyyatda olan azərbaycanlıların çoxunun işlə əlaqədar olaraq Polşadan digər ölkələrə keçid etdiyini vurğulayıb.


Qeyd  edək ki, Fərid Cəfərov diaspor rəhbəri kimi ötən ilin sentyabr ayından fəaliyyətə başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır