Arxiv
3 mart 2020, 14:07 | QARABAĞ
Mövlud Çavuşoğlunun həmsədrlərlə görüşü erməniləri narahat edib

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Minsk qrupu həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

 

Görüşdən sonra M. Çavuşoğlu bu barədə öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha aktiv fəaliyyət göstərməlidir:

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır”.

 

Türkiyə Xarici İşlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü Ermənistan cəmiyyətində ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə paylaşdıqları şərhləri ilə ermənilər Türkiyənin danışıqlar prosesinə müdaxilə etdiyi iddiasını ortaya atıblar. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bunun tərəflər arasında ilk görüş olmadığını xatırladıb. Onun sözlərinə görə, Türkiyə ATƏT-in üzvü olduğundan ənənəvi şəkildə bu qurumun məşğul olduğu münaqişələrin həlli proseslərində iştirak edir:

 

“Hamı başa düşür ki, Rusiya ilə yanaşı, Türkiyə də bu bölgədə dominant ölkələrdən biridir. Türkiyə faktoru Qarabağ münaqişəsinin tərəfləri, o cümlədən həmsədrlər üçün də vacib məqamdır. Türkiyə ilə sərhədlərin açılması Ermənistanın işğal olunmuş əraziləri azad etməsi üçün ciddi təzyiqlərdən biridir. Hər kəs Ankara ilə münasibətlərin normallaşmasına gedən yolun Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən keçdiyini dərk edir. Buna görə də Türkiyənin hər zaman bu mövzu ilə məşğul olmaq və Qarabağ münaqişəsinin həllində iştirak etmək hüququ var”.

 

  • Zülfüqarovun fikrincə, Türkiyənin daxili siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin əhəmiyyətli yeri var:
  • "Qardaş ölkədə seçkilər zamanı istər iqtidar, istərsə də müxalifət partiyalarının proqramlarına diqqət yetirsək, Qarabağ münaqişəsinin həllinə münasibəti ifadə edən ayrıca bənd qeyd edildiyini görərik.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər konsepsiyası Ermənistan-Azərbaycan münaqişəsinin müzakirəsini də nəzərdə tutur. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyə nümayəndələri ilə görüşünün səbəbini izah edən məqamlardan biridir.

     

    Politoloqun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsinə baxmayaraq, bu durum Qarabağ probleminin həllinə təsir göstərməyəcək:

    “Birincisi, Rusiyanın informasiya sahəsi ermənilərlə doludur. Bu da Moskva ilə Ankara arasındakı münasibətlər haqqında yazılanların heç birinin reallığı əks etdirmədiyini göstərir. Rusiya-Türkiyə münasibətlərindən danışarkən başa düşməliyik ki, SSRİ dağılandan sonra Rusiya Qərblə üzləşməyə və qlobal gücə çevrilməyə çalışır”.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış tam şəkildə dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02 DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi 4 Aprel 2020, 18:54 İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat 4 Aprel 2020, 18:46