Modern.az

Azərbaycanda yaradıcı gənclərin formalaşmas

Azərbaycanda yaradıcı gənclərin formalaşmas

3 Aprel 2012, 11:28

(Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Azərbaycanda yaradıcı gənclərin formalaşması” mövzusunda yazılıb)

Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha möhkəmləşndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından,onların aparıcı qüvvəyə çevrilməsindən çox asiılıdır. Əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin  Prizedent İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni  və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyin inkişafina təkan vermiş,onların  cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət qöstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrin verirlər. Əsası ümumilli lider Heydər Əliyev  tərəfindən goyulmuş dövlət gənclər siyasəti Azərbaycan Gəncliyinin gələcək inkişafinda dərin izlər buraxdı. Ulu öndərin 2 fevral 1997-ci il tarixində imzaladığı fərmana əsasən , fevralın 2-si Azərbaycan Gənclərinin Günü elan edildi. Ümumilli lider, bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin etdi. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında” , “ Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “ Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” , “ Dövlət gənclər siyasəti haqqında”  qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə”  proqramı ,”Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s.  Problemlərin həllinə yönəlmiş, onlarin öz qabilliyyətlərini inkişaf etdirilmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı  bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına,mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə,sosial problemlərinin həllinə,faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi.

Bu gün Azərbaycanda ASAİF, İrəli İ.B.,AGAT və s. Kimi qeyri-hökumət təşkilatları gənclərimizin inkişafına, dünyada tanınmasına, Azərbaycanımızın haqq səsini dünyaya çatdırılmasına yaxından köməklik edir.

2010-cu ildə İrəli İctimai Birliyinin üzvlərinin Avropanın bir neçə ölkəsində “Xocalıya ədalət” adlı aksiyası keçirməsi gənclərimizin  vətənpərvərlik sahəsində Azərbaycanın  haqq səsini dünyaya çatdırmaq üçün gördüyü işlərin bariz  nümunəsidir.                                                               

2012-ci ilin aprel ayının 5-8 tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən  ”Xaricdə  təhsil alan və məzun olmuş Azərbaycan Gənclərinin Beynəlxalq forumu” dövlətimizin gənclərin xaricdə təhsil sahəsinə verdiyi önəmi göstərir.

     İdman sahəsində də gənclərimizin əldə etdiyi uğurlar az deyil.Hələ 2011-ci ildə gənclərimizin dünya səviyyəli idman yarışlarinda 705 medal əldə edib. 2012-ci il isə “İdman ili” elan edilməsinin məntiqi bir nəticəsidir.

      Müasir Azərbaycan  gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur. İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və Dünya çempionatlarında iştirak edərək uğurlu nəticələrə imza atırlar. Vaxtilə müxtəlif  səbəblər üzündən respublikamızı tərk etmiş idmançılar vətənə qayıdaraq ölkəmizin idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar.

Xanım Hüseynzadə,
Qərb Universiteti, Jurnalistika fakültəsi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?