Arxiv
11 mart 2020, 13:46 | MƏDƏNİYYƏT
Məşhurların ailəsində canlanma - “Hə”si verilənlər, nişanlananlar, toy edənlər

2020-ci ilin ilk aylarında şou-biznes aləmində müəyyən canlama baş verib. Təbii ki, bu canlanma məşhurların şəxsi həyatları ilə bağlıdır.

 

Belə ki, bir çox məşhurlar və məşhur övladları subaylığa əlvida deməyə başlayıb.

 

Modern.az həmin siyahını təqdim edir:

 

İlk toy xəbəri məşhur müğənni, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişandan gəldi. Fevralın 1-də şəhər restoranlarından birində baş tutan məclisdə şou-biznes nümayəndələri iştirak ediblər. Oğlan toyu isə, fevralın 8-də Ağcabədi rayonunda baş tutub. Buna səbəb isə Kənan Əliyevin qohumlarının və ailə yaxınlarının Ağcabədidə yaşamasıdır.

 

Qeyd edək ki, Aynişan fitnes məşqçisi Kənan Əliyevlə ailə həyatı qurub. Cütlüyün rəsmi nikahı 26 yanvar tarixində baş tutub.

 

Xalq artisti Fidan Qasımova və Əməkdar artist Nahidə Orucova da övladlarına toy edənlər siyahısındadırlar. Belə ki, aktrisanın qızı Bilqeyis, opera ifaçısı Fidan Qasımovanın oğlu Fəridlə ailə həyatı qurub. Cütlüyün toyu fevralın 9-da baş tutub. Məlumat üçün bildirək ki, Fərid və Bilqeyisin nişanı avqust ayında olub.

 

Fevralın 16-sı Xalq artisti Nəzakət Teymurovanın qızı Nigarın elçiliyi olub. İfaçı kürəkəni barədə məlumat verməsə də, qızının “hə” mərasimi ilə bağlı görüntüləri sosial media hesabında paylaşaraq bunları yazıb: “Gözümün ağı-qarası bir qızım, xoşbəxt ol. “Həri” günün mübarək”. 

 

Xalq artisti Mələkxanım Əyyubovanın da həyətindən vağzalı sədaları eşidiləcək. Belə ki, ifaçı aprel ayında qızı Nəzrinə toy edəcək. Xatırladaq ki, Nəzrinin nişan mərasimi ötən ilin dekabrında baş tutub.

 

Xalq artisti, aktyor Ağaxan Salmanlının nəvəsi Ləman Salmanova fevralın 28-də ailə həyatı qurub. Həmin toyda iştirak edən aktyor səhərisi gün elə nəvəsigilə qonaq gedərkən, yolda maşında dünyasını dəyişib.

 

Tanınmış müğənni Sevda Yəhyayeva ailə həyatı qurmağa hazırlaşır. Martın 8-də müğənnin  elçilik mərasimi  baş tutub. Evdə gerçəkləşən mərasimdə Sevdaya nişan üzüyü taxılıb.

 

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şura Real TV ilə birlikdə yeni onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayır 7 Aprel 2020, 12:08 Sarkisyan Aprel döyüşləri ilə bağlı ifadə verəcək 7 Aprel 2020, 12:06 190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz - Video 7 Aprel 2020, 11:54 Rusiyada koronaviruslu xəstələrin sayı 7500-ə çatdı 7 Aprel 2020, 11:50 Hacı Əbdüllə bağlı xatirələrim var... 7 Aprel 2020, 11:46 Nazirlik rəsmisi: “Bütün işsiz şəxslərə birdəfəlik ödəniş verilməyəcək 7 Aprel 2020, 11:40 Ermənistanda COVİD-19-a yoluxanların sayı 853-ə çatdı 7 Aprel 2020, 11:36 “Görülən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır” - Deputat 7 Aprel 2020, 11:35 Karantin qaydalarını pozan 6945 hərəkət iştirakçısı məsuliyyətə cəlb olunub 7 Aprel 2020, 11:31 Azərbaycan Ordusunun yeni heyəti Cənubi Sudanda fəaliyyətə başladı 7 Aprel 2020, 11:25 Bakıda kirayəhaqqını ödəməkdə çətinlik çəkənlər... 7 Aprel 2020, 11:23 Qadınlara qarşı cibgirlik edən şəxs saxlanıldı - VİDEO 7 Aprel 2020, 11:22 RİİB və Yasamal RİH-dən xeyriyyə aksiyası - FOTO 7 Aprel 2020, 11:17 Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI   7 Aprel 2020, 11:12 Çinin qonşusu olan bu dövlətdə virusdan ölən olmayıb - cəmi 15 yoluxma... 7 Aprel 2020, 11:06 Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub 7 Aprel 2020, 11:00 Ailə üzvlərini yandıran kişi saxlanıldı 7 Aprel 2020, 10:54 Bakıda kişi mağazadan belə oğurluq etdi - VİDEO 7 Aprel 2020, 10:48 BMT baş katibi tibb işçilərinə təşəkkür etdi 7 Aprel 2020, 10:42 Əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxdı 7 Aprel 2020, 10:36 Azərbaycanda hərarəti olan məhkumlar daxili karantinə götürülür 7 Aprel 2020, 10:30 Habil Əliyevin internetdə olmayan MÜSAHİBƏSİ: “Evlənəndə ağlım kəsməyib...” - MARAQLI 7 Aprel 2020, 10:24 Neft yenidən bahalaşdı 7 Aprel 2020, 10:18 İcazəsi olmayan şəxslərin küçədə hərəkəti - FOTOLAR 7 Aprel 2020, 10:12 Nuşirəvan Məhərrəmov fəaliyyətini bu qurumda davam etdirəcək 7 Aprel 2020, 10:05 Şəmkirdə dəhşət - kişi arvadını, oğlunu, gəlinini və nəvəsini yandırdı 7 Aprel 2020, 09:58 Karantin qaydalarını pozan sürücü həbs edildi - FOTO 7 Aprel 2020, 09:52 Balakəndə civə alverçiləri saxlanıldı - FOTO 7 Aprel 2020, 09:46 Araz Əlizadə:Hacı Əbdül haqqında danışmağa xatirəm yoxdur 7 Aprel 2020, 09:40 Cəbhədə gərginlik artıb - düşmən atəşkəsi 23 dəfə pozdu   7 Aprel 2020, 09:35 114 yaşlı "Molla Nəsrəddin"... 7 Aprel 2020, 09:33 ATƏT Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımadığını konkret ifadə edib - Səməd Seyidov 7 Aprel 2020, 09:30 Bu ölkədə bir gündə 30 min nəfər yoluxdu 7 Aprel 2020, 09:24 Gəncədə  itkin düşən şəxs axtarılır. 7 Aprel 2020, 09:18 Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! XALQA SEVGİ NÜMUNƏSİ   7 Aprel 2020, 09:12