Arxiv
12 mart 2020, 19:18 | ÖLKƏ
Azərbaycanda distant iş rejimi tətbiq oluna bilər - Deputat

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria dövlət orqanları və özəl təşkilatlara koronavirusun yayılmasının qarşısının alınması üçün mümkün olduğu qədər uzaqdan iş şəraitinə keçməyi tövsiyə edib. O, hökumətin iclasında səsləndirdiyi fikirdə distant iş rejiminin hökumətin fəaliyyətinin effektivliyinə təsir etməməli olduğunun vacibliyini də vurğulayıb.

 

Azərbaycanda da koronovirusla bağlı narahatlıq davam edir. Maraqlıdır, ölkədə də önləyici tədbir kimi distant iş tətbiq oluna bilərmi? Bu üsul nə dərəcədə effektivdir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hazırki şəraitdə uzaqdan işi məqsədəuyğun hesab edərək bildirib ki, bunu təcrübəyə çevirmək olar:

 

“Elə iş yerləri var ki, orada distant iş alınmaz. Amma idarəetmə, elmi-tədqiqat işlərini (hansı ki bilavəsitə laboratoriyalarda keçirilmir) yaxud başqa işləri məsafədən etmək olar. Bir şəxs ofisdə kompüter arxsasında oturub gördüyü işi evində də görə bilirsə, bu üsul mümkündür. Bu, fövqəladə vəziyyət dövrünün ortaya çıxardığı məsələdir. Amma praktikaya da çevrilə bilər”.

 

S.Məmmədov bu məsələyə qanunvericilikdə də diqqət ayrılmasının vacib olduğunu vurğulayıb:

 

“Əslində yeni qanunvericilikdə bu nəzərə alınmalıdır. İş yeri anlayışı tədricən dəyişir. Yəni, iş yeri konkret olaraq zavod, müəssisə, idarə, ofis olmaya da bilər. Amma baxır hara, elə iş yerləri var ki, orada bilavasitə olmaq lazımdır. Yeri gəlmişkən, bizdə Gürcüstandan əvvəl SOCAR baş ofisini qismən bu cür iş rejiminə keçirib”.

 

Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ehtiyac olacağı təqdirdə distant iş rejiminə keçməkdə heç bir problemin olmadığını deyib:

 

“Artıq Azərbaycan Dövlət İqtisad Univerisitetində (UNEC) dərslərin distant yolla tədris olunmağı ilə bağlı qərar qəbul olunub. Hesab edirəm ki, bu gün “ASAN xidmət”, Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) kimi xidmətlər varsa, Azərbaycan çoxdan elektron hökumətə keçib. Belə xidmətlər olduğu halda heç bir problem yoxdur. Nazirlər Kabineti yanında operativ qərargahın koronovirusla bağlı ölkədə hansısa təhlükə ola biləcəyi ilə bağlı qərarı olarsa, distant iş rejimi tətbiq oluna bilər. Bu qeyri-adi bir şey deyil”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı FIDE reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?