Arxiv
13 mart 2020, 13:14 | İQTİSADİYYAT
Koronavirus Azərbaycanda ən çox bu sahəyə ziyan vurub

Martın 11-də pandemiya elan edilən koronavirus dünya iqtisadiyyatına da ziyan vurmaqda davam edir.

Artıq 127 ölkədə aşkarlanan virusun bu qədər sürətlə yayılması ölkələrin iqtisadi perspektivlərinə və maliyyə bazarlarının fəaliyyətinə ciddi zərbədir.

 

Bəs Azərbaycanda koronavirusun vurduğu real ziyan nə qədərdir? Ölkədə virusun daha çox yayılması hansı sahələrdə zərərlə müşahidə oluna bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov mövcud iqtisadi ziyanın təhsil sahəsində olduğunu deyib:

“Koronavirusun tibbi-nöqteyi nəzərdən yayılmasını proqnozlaşdırmaq çətindir. Çünki hələlik bizdə elə də geniş yayılmayıb. Amma İtaliya hətta restoranları bağlayıb. Orada vəziyyət çox pisdir. Bizdə isə yalnız təhsil müəssisələri bağlanıb. Bunun özü artıq iqtisadi geriləmədir. Təhsil müəssisələri bağlanıbsa, ən azı dərs deməyən müəllimlərə maaş verilir. Biz müəllimlərə deyə bilmərik ki, dərs yoxdur, sizə pul vermirik”.

 

Natiq Cəfərli isə məhsulların idxal və ixracında azalmanı ciddi iqtisadi problem hesab edir:

“Real olaraq görünən ziyanlardan biri sərhədlərin bağlanması məsələsidir ki, mal və məhsulların mübadiləsinin zəifləməsinə səbəb olub. İstər İrandan, istər Çindən və digər ölkələrdən gələn məhsulların həcmi və çeşidinin azalması gözlənilir və bu da bazarda müəyyən dərəcədə gərginliyə səbəb ola, qiymət artımına və inflyasiyanın sürətlənməsinə təkan verə bilər”.

 

N.Cəfərli ziyanın turizm sahəsində daha çox müşahidə olunacağını bildirib:

“Həm koronovirus, həm də digər siyasi-iqtisadi səbəblərdən neftin qiymətinin düşməsi Azərbaycana, təbii ki, ciddi iqtisadi fəsadlar törədir. Amma ən çox ziyan, əlbəttə ki, turizmə dəyəcək. Novruz bayramı öncəsi turizm obyektləri həmişə hazırlıq görürdülər. Bu dövrdə İrandan təxminən 20-25 min qonaq gəlirdi. İndi, demək olar ki, sıfıra enib. Həm İranla sərhədlər bağlıdır, həm aviareyslər təxirə salınıb. Özü də söhbət təkcə İrandan getmir. Ümumiyyətlə, dünyada insanların səfər etməyə həvəsi ölüb. İnsanlar səfər etmək istəmir və səfər etmək istəmədiyindən, təbii ki, Azərbaycana da gəlməyəcəklər”.

 

Ekspert onu da vurğulayıb ki, turizmə dəyən ziyanın qarşısını almaq üçün bu sahəyə dəstək olunmalıdır:

“Hökumət turizmlə, turizm şirkətləri ilə bağlı müəyyən təşviqedici addımlar atmalıdır. Rəsmi olaraq 23 min Azərbaycan vətəndaşı bu sahədə çalışır. Turizm şirkətlərinə müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Ən azından ilin sonuna qədər vergilərdən azad olunması ilə bağlı qərar olsa, bu onların ayaqda qalmasına yardımçı ola bilər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 10:04 Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?