Modern.az

Diplomatiya könüllülərindən ÇAĞIRIŞ

Diplomatiya könüllülərindən ÇAĞIRIŞ

Aktual

24 Mart 2020, 20:31

Hazırda bütün dünya yeni növ təhlükəli koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə aparır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə pandemiya elan edib.

 
Azərbaycan hökuməti COVID-19 infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə ciddi tədbirlər həyata keçirir və bu proses birbaşa dövlət başçısının nəzarəti altındadır.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, COVID-19 infeksiyası ilə mübarizədə hökumətimiz tərəfindən görülən önləyici tədbirlərə dəstək olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” ‪#DövlətimizBİZimlədir#EvdəQalÖlkəniQoru həştəqləri ilə dünyanın #stayathomechallange'inə qoşularaq video-çağırışlar hazırlayır,  sosial şəbəkələrdə paylaşır və daha çox insanın bu xüsusda məlumatlı olması istiqamətində fəaliyyət aparır.

 

Diplomatiya könüllüləri bütün gəncləri sosial media platformalarında bu həştəqlərdən istifadə edərək, vətəndaşlarımızın harda olmalarından asılı olmayaraq özünütəcrid qaydalarına riayət etmələrini dəstəkləməyə çağırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü