Modern.az

Azərbaycanda gələn həftədən tibbi maska istehsalına başlanılacaq

Azərbaycanda gələn həftədən tibbi maska istehsalına başlanılacaq

24 Mart 2020, 20:37

"Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq".

 

Modern.az  xəbər verir ki, bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 İbrahim Məmmədov qeyd edib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: “Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200 - 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək.  Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır