Modern.az

Azərbaycanda daha 6 müəssisə spirt istehsalına başladı

Azərbaycanda daha 6 müəssisə spirt istehsalına başladı

Aktual

26 Mart 2020, 22:59

"Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni istehsala başlayıblar".

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziyi Mikayıl Cabbarov bildirib.

M.Cabbarov vurğulayıb ki, istehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir:

"Hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır".

Qeyd edək ki, martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.

İclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub