Modern.az

“Bakı Metropoliteni”ndən sərnişinlərə müraciət - iş vaxtı dəyişib

“Bakı Metropoliteni”ndən sərnişinlərə müraciət - iş vaxtı dəyişib

Aktual

28 Mart 2020, 12:07

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın “Koronavirusla bağlı əlavə tədbirlər haqqında” 2020-ci il martın 27-də yaydığı məlumatda Bakı metropoliteninin yeni iş rejiminin müəyyən edilib.

 

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumata görə, 2020-ci il mart ayının 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib:

 

“Bununla əlaqədar olaraq, "Bakı Metropoliteni" QSC-nin müvafiq strukturlarının fəaliyyət planı hazırlanıb və yeni iş vaxtının tətbiqinə hazırlıq işləri həyata keçirilib.

 

"Bakı Metropoliteni" QSC sərnişinlərini martın 23-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qəbul etdiyi qərara əməl olunmasına, həmçinin Nazirlər Kabinetinin metrodan istifadənin minimuma endirilməsi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük verilməsi barədə tövsiyələrinə ciddi riayət edilməsinə, hər bir vətəndaşımız naminə evdə qalmağa, özünütəcrid pinsiplərinə əməl olunmasına bir daha dəvət edir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu