Modern.az

Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

28 Mart 2020, 14:45

Azərbaycan millisinin voleybolçuları karantinə alınıblar.

 

Modern.az-ın məlumatına görə, Yuliya Kərimova və Marqarita Əzizova, eyni zamanda yığmanın sabiq oyunçusu Yekaterina Jidkova təcrid ediliblər.

 

Legioner həyatı yaşayan Ukrayna əsilli voleybolçularımız Azərbaycana qayıdarkən karantinə alınıblar. Buna səbəb bütün dünyada yayılan koronavirus pandemiyası təhlükəsidir. Voleybolçular müəyyən edilmiş müddətdən sonra evlərinə buraxılacaqlar.

 

Qeyd edək ki, Marqarita Əzizova “Radomka” (Polşa), Yekaterina Jidkova “Sarıyer Bələdiyəsi” (Türkiyə), Yuliya Kərimova isə “Makkabi”də (Hayfa, İsrail) çıxış edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi