Modern.az

“İnanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq” - Spiker

“İnanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq” - Spiker

30 Mart 2020, 11:18

Bu gün bütün bəşəriyyət koronavirus pandemiyasına qarşı mübarizə aparır. Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyev və Birinci vitse president Mehriban Əliyeva tərəfindən görülən tədbirlər nətiəsdinə ölkəmizdə digər ölkələrdən fərqli olaraq bu virusun törətdiyi xəstəlik çox böyük fəsadlara gətirib çıxarmayıb.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin iclasında deyib.

 

S.Qafarova bildirib ki, ölkmizdə virusla mübarizədə ÜST tövsiyələrinə əməl edilir, tədris təxirə salınıb, iri ticarət obyektəlrinin fəaliyyəti danaynırılıb və digər tədbirlər həyata keçirilib. Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını xatırladan S.Qafarova bildirib ki, Milli Məclis əməkdaşları Fonda 250 min manatdan artıq vəsait köçürüb.

 

Spiker bildirib ki, hamı bu virusa qarşı mübarizədə fəal iştirakl etməlidir verilən bütün tövsiyələrə əməl etməlidir:

 

“Mən inanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır