Arxiv
30 mart 2020, 16:48 | DİASPOR
Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir - FOTO

COVİD-19 virusunun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun soydaşlarımıza dəstəyi davam edir.

 

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, minlərlə soydaşımız xaricdən Vətənə təxliyyə olunsa da, hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada növbəti təyyarə reysini gözləyən Azərbaycan vətəndaşları hələ də qalmaqdadır.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DIDK), eləcə də Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına ümumilikdə 450-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəi təxliyyə və maddi yardımla bağlıdır. Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 166 nəfərin müraciəti təmin olunub ki, onlardan 42 nəfər təxliyyə edilib, 124 nəfərə isə maddi yardım göstərilib – müvəqqəti yaşayış və ərzaqla təmin olunub.

 

Maddi yardıma ehtiyacı olan soydaşlarımızın bir qismi və 30 nəfər tələbə hazırda Kiyevdəki Azərbaycan Evi – Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində yerləşdirilib, onların gündəlik tələbatı ödənilir.

 

Qeyd edək ki, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib və dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və qaynar xətt yaradılıb.

 

Bu müddət ərzində operativ və gərgin iş rejimində çalışan qərargaha edilmiş müraciətlər əsasında martın 20-dən etibarən Kiyevdə yataqxanadan çıxarılmış 6 tələbə UABD tərəfindən xərcləri qarşılanmaqla hostelə yerləşdirilib.

 

Martın 23-də daha 30-a yaxın tələbə operativ qərargaha müraciət edərək müvəqqəti yaşayış yerinə və maddi yardıma ehtiyacı olduğunu bildirib. Otellərdə boş yerlərin olmaması, müraciət edən soydaşlarımızın sayının çox oması nəzərə alınaraq həmin tələbələrin Qərargahda yerləşdirilməsi məqsədəuyğun sayılıb.

 

Martın 28-də operativ qərargah karantinə görə Vətənə qayıda bilməyən soydaşlarımıza dəstək aksiyasına başlayaraq vətəndaşlarımızı zəruri ərzaq məhsulları ilə təmin edib.

 

Bununla yanaşı, qərargahın üzvləri, Kiyevin müxtəlif tələbə yataqxanalarındakı azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Həmin yataqxanalarda Azərbaycan dilində informasiya xarakterli xüsusi elanların asılması təmin edilib. Həmçinin, UABD rəhbərliyinin təşkilatçılığı və SOCAR-ın Ukrayna nümayəndəliyinin dəstəyi ilə 400 ədəd tibbi maska və 400 ədəd əlcək soydaşlarımıza çatdırılıb. Eyni zamanda, diaspor rəhbərliyi tərəfindən də antiseptik məhlullar alınaraq tələbələrə paylanılıb.

 

Hazırda Ukraynanın bölgələrində də operativ qərargahların yaradılması və Vətənə qayıda bilməyən azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi işi davam etdirilir.

 

Qeyd etmək lazımdır ki, bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı, Ukraynada yaşayan bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Soydaşlarımız problemləri ilə əlaqədar +380962273489; +380442273489 qaynar xətlərinə müraciət edə bilərlər.

 

Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir (FOTO) - Gallery Image Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir (FOTO) - Gallery Image Azərbaycan diasporu Ukraynadakı soydaşlarımıza dəstəyi davam etdirir (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İTBAŞI (4-cü bölüm) 30 May 2020, 09:50 Saat 6-dan sonra kafeyə gedənlər cərimələndi 30 May 2020, 09:44 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat YAYDI 30 May 2020, 09:40 Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:34 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55