Modern.az

Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu

Türkiyədə bir sutkada 1610 nəfər koronavirusa yoluxdu

Aktual

30 Mart 2020, 21:33

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 37 nəfər dünyasını dəyişib.

 

Modern.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində paylaşıb.

 

Məlumata əsasən, bu gün Türkiyədə 11 535 koronavirus testi keçirilib və onlardan 1610-nın nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfər təşkil edir.

 

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 10 827 nəfərə çatıb, 162 nəfər isə xəstəlikdən sağalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok