Modern.az

Qazaxda olan son vəziyyətlə bağlı deputatdan AÇIQLAMA

Qazaxda olan son vəziyyətlə bağlı deputatdan AÇIQLAMA

Aktual

31 Mart 2020, 09:48

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə paytaxtla yanaşı, regionlarda da qabaqlayıcı tədbirlər, maarifləndirmə işi aparılır.

 

Qazax rayonundakı vəziyyətlə bağlı Modern.az-a danışan deputat Səməd Seyidov bildirib ki,  koronavirusla mübarizə haqqında mütəmadi məlumatlar alır:

 

“Qazaxdakı icra strukturları, müxtəlif vəzifəli şəxslərlə əlaqə saxlayıb, mövcud durumu müzakirə edirik. Karantin rejimi orda da davam edir və insanlar bu qaydalara əməl edirlər. Rayonlar arasında polis postları qurulub, dezinfeksiya aparılıb, insanları yoluxmadan qorumaq üçün bütün zəruri tədbirlər görülüb. Müvafiq olaraq, qadağalara məhəl qoymayanlar olduqda isə cəzalandırıla bilər”.

 

Deputat rayonun tibbi potensialı haqqında da danışıb və qeyd edib ki, bu durum da lazımi səviyyədir:

 

“Bir müddət öncə bildiyimiz kimi, rayonda tikilən Mərkəzi Xəstəxananın açılışı həyata keçirilib. Həm bu xəstəxana, həm də digər tibb ocaqları xəstələri qəbul etməyə tam hazır vəziyyətdədir. Düşünürəm ki, əgər hər hansı yoluxma aşkarlansa, dərhal müdaxilə ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir