Modern.az

“Koroğlu”-“28 May” xəttinə 18 metrlik avtobuslar ÇIXARILDI

“Koroğlu”-“28 May” xəttinə 18 metrlik avtobuslar ÇIXARILDI

Aktual

31 Mart 2020, 10:30

Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspres marşrut xətləri təşkil edilib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, M3 Ekspress xətti üzrə 18 metrlik avtobuslar xəttə buraxılıb.

 

Avtobuslar “Koroğlu” metrostansiyası-“28 May” metrostansiya istiqamətində daşımalar BMC Procity (18 metrlik) avtobuslarla həyata keçirilir.

 

Qeyd edilib ki, məqsəd, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

 

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə “BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb edilib. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar 30 martdan xidmətə başlayıb.

 

Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərir.

 

Təşkil olunan ekspres xətləri

 

  1. M3 Koroğlu m/st – 28 May m/st.
  2. M4 20 Yanvar m/st – S.Vurğun bağı
  3. M5 Koroğlu m/st – 20 Yanvar m/st
  4. M6 Əhmədli m/st – S.Vurğun bağı
  5. M7 İnşaatçılar m/st –N.Nərimanov m/st.

 

M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

 

Eyni zamanda, bildirilib ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edir. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.


Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər