Modern.az

Avropa Şurası Parlament Assambleyası Onlayn sessiya keçirə bilmir – İDDİA

Avropa Şurası Parlament Assambleyası Onlayn sessiya keçirə bilmir – İDDİA

Parlament

31 Mart 2020, 12:22

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2020-ci il aprelin 20-24-də keçirilməsi planlaşdırılan yaz sessiyası koronavirus səbəbindən təxirə salınıb.

 

Həmçinin Azərbaycanda da koronavirusa görə Milli Məclisin plenar və komitə iclaslarının  keçirilməməsinə qərar verilib. Ancaq Milli Məclisin  iclasları onlayn qaydada işlərini davam etdirir.

 

Maraqlıdır, ATƏT PA,  AŞ PA, QDİƏT  PA kimi beynəlxalq təşkilatlar koronavirus pandemiyası davam etdiyi müddətdə onlayn iclaslar keçirəcəkmi?

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a açıqlamasında  beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın koronavirus müharibəsinə hazır olmadıqlarını bildirib:

 

“Bu pandemiya yeni başlayanda Avropa Şurası Parlament Assambleyası bəzi iclasları təxirə salıb sonradan keçirilməsinə qərar verdi.  Heç bir müzakirə keçirilmədiyinə və texniki hazırlıq getmədiyinə görə, onlayn iclaslar təşkil edilə bilmədi. Ona görə də aprel ayı təxirə salındı. Bu baxımdan da AŞPA-nın yaz sessiyası onlayn keçirilməyəcək”.

 

Səməd Seyidov sessiyanın onlayn keçirilə bilməməsini internetlə əlaqələndirməyin doğru olmadığını qeyd edib:

 

“Onlayn keçirilməməsinin səbəbi internetin olub-olmaması ilə bağlı deyil. Sadəcə olaraq hazırlıq mərhələsi baş tutmadığına görə sessiyanın keçirilməsinin heç bir mənası yoxdur. Son günlərdə sessiyanın keçirilməsinə cəhd edirlər. Bu da nümayəndə heyəti rəhbərlərinə votçap vasitəsilə məlumatlar göndərib fikirlərimizi soruşurlar. Ancaq görünən odur ki, beynəlxalq təşkilatlar onlayn sessiyaların keçirilməsinə hazır deyil. Böyük ehtimalla AŞPA-nın iyun sessiyasını da keçirmək mümkün olmayacaq”.

 

Xatırladaq ki, AŞPA bundan əvvəl komitələrinin mart ayının sonuna nəzərdə tutulan bütün iclaslarını təxirə salmaq qərarı vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı