Arxiv
31 mart 2020, 17:26 | PARLAMENT
Deputatlardan çağırış: “Müharibədir, səfərbər olmalıyıq”

Bu gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində separatçı rejim tərəfindən qondarma prezident seçkiləri keçirilir. Bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dönəmdə Ermənistan rəhbərliyinin öz niyyətindən əl çəkməməsi ikrah hissi doğurub.

 

Bu barədə Modern.az-a danışan Milli Məclis üzvləri isə xüsusilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günündə Ermənistan rəhbərliyinin bu cür addım atmasını təxribat olaraq qiymətləndiriblər.

 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov xatırladıb, hazırda koronavirusla bağlı dünyada karantin elan olunduğundan beynəlxalq təşkilatların da fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Deputatın sözlərinə görə, buna baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkilər"in tanınmaması qəbul olunub:

 

“Prezident İlham Əliyevin Münhen Konfransında çıxışı qondarma rejimin danışıqlarda iştirakı, daxildə seçkilər keçirib legitimlik qazanmaq cəhdlərinin beynəlxalq hüquqa zidd olduğunu sübut etdi. Hazırda beynəlxalq qanunların tətbiqi məsələsi özü böhran içərisindədir. Beynəlxalq təşkilatlar sazişlərə, beynəlxalq adət-ənənələrə əməl edilməsi, qorunması məsələlərini reallaşdırmalıdırlar. Hazırda bunu edə bilmirlər. Beynəlxalq təşkilatlar öz daxilində böhran yaşadıqlarından, dezinteqrativ proseslərin baş alıb getdiyindən, siyasi maraqların önə çəkilməsindən, ölkələr tərəfindən ciddiyə alınmadığından böhran yaşayırlar. Problem Dağlıq Qarabağda qondarma seçkilərin keçirilməsi deyil. Problem odur ki, biz buna lazım olan reaksiyanı vermək iqtidarında olduğumuz halda beynəlxalq təşkilatlar məsələyə kifayət qədər diqqət yetirə bilmirlər. Biz isə bunu izləməməliyik. Dilimiz, qələmimiz, təsir imkanlarımız var. Təşkilatlar işləməsələr belə lazım olan sənədləri, həqiqətləri, vacib informasiyaları toplayıb, bütün dünyaya çatdırmağa çalışırıq. Bu siyasətdə israrlıyıq və davam etdirəcəyik. Avropa Şurası beynəlxalq təşkilat kimi aprel ayında yığışmayacaq. Koronavirusla bağlı böyük ehtimalla iyun ayında da iclas baş tutmayacaq”.

 

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat lahət İbrahimqıda Azərbaycan xalqının öz dədə-babalarının başına gətirilən müsibətləri unutmadığını qeyd edib:

 

“Bu gün 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Belə bir məqamda isə Ermənistan hakimiyyəti nə qədər rəzil olduğunu bir daha sübut edir. Dünya pandemiya ilə mübarizə apardığı bir dönəmdə Ermənistan bəşəri dəyərlərdən uzaq olduğunu bir daha sübut etdi. İnsanlıq ölüm və olum arasında mücadilə apardığı bir vaxtda Ermənistan hakimiyyəti işğal etdiyi torpaqlarda yaşayan erməniləri pandemiyanın cənginə atdı. Qondarma Dağlıq Qarabağda "seçkilər" keçirməklə erməni xislətini bir daha dünyanın gözləri önünə sərdilər. Biz deyirik ki, torpaqlarımız işğaldan azad edildiyi təqdirdə ermənilərlə qonşuluq şəraitində yaşaya bilərik. Həqiqətən, biz bunu bacararıq, amma ermənilər əsla öz kinlərindən əl çəkməzlər. Onsuz da Qarabağdakı seçkiləri heç kim tanımır. Ermənilər sadəcə bütün dünyada humanist dəyərlərə zorakılıq edirlər”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə isə bolşevik rejiminin ermənilərin vasitəsilə 1918-ci ildə Azərbaycanda etnik təmizləmə həyata keçirib, minlərlə azərbaycanlı soyqırıma məruz qoyduğunu diqqətə çatdırıb:

 

“Bu proses müəyyən vaxtlarda davam edib və Qarabağın işğalında, Xocalıda da həyata keçirilib. Bu mübarizə indi də davam edir. Tək səngərdə deyil, informasiya sahəsində də ermənilər müharibə aparırlar, Azərbaycana qarşı böhtanlar yayır, torpaqlarımızın işğalını qəbul etdirməyə çalışırlar. Bu müharibədir. Müharibə bir neçə müstəvidə gedir. Azərbaycan hökuməti öz xalqını, dövlətini qorumaq üçün hər müstəvidə mübarizə aparmalıdır. Beynəlxalq təşkilatların gücünü, Azərbaycana dost ölkələrin mətbuatını istifadə etməliyik. Zəngin və təşkilatlanmış erməni diasporu beynəlxalq təşkilatları da istifadə edir, Azərbaycana qarşı yalan, böhtan kampaniyası keçirir. Müharibədir, biz buna hazır olmalıyıq, səfərbər olmalıyıq. Dırnaqarası seçkilər də müharibənin tərkib hissəsidir. Ona görə beynəlxalq təşkilatları məlumatlandırmaqla yanaşı bütün vasitələrdən istifadə etməliyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25