Yeni növ koronavirusun (COVID-19) ən geniş yayıldığı ölkələrdən biri İspaniyadır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşdan yuxarı olan insanların bu xəstəliyi daha ağır keçirdiyi və ölüm riskinin daha çox olduğu artıq hər kəsə məlumdur.

 

Buna baxmayaraq İspaniyada koronavirusa yoluxan 93 yaşlı kişi müalicə olunaraq sağalıb və evə buraxılıb. Onun xəstəxanada evinə uğurlanmasının görüntüləri həkimlər tərəfindən lentə alınıb.

 

Qeyd edək ki, bənzər xəbər ötrən həftə İtaliyadan da gəlmişdi. Belə ki, 102 yaşlı italiyalı qadın koronavirusa qalib gəlməyi bacarmışdı.