Modern.az

Səhiyyə komitəsinin onlayn iclası keçirildi  

Səhiyyə komitəsinin onlayn iclası keçirildi  

Aktual

2 Aprel 2020, 14:30

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib. İclası komitə sədri Əhliman Əmiraslanov açaraq, komitənin üzvlərini iclasın gündəliyi ilə tanış edib.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.  

 

Gündəlikdəki məsələlərlə bağlı komitə sədri Əhliman Əmiraslanovun məlumatı dinlədildikdən sonra, komitə üzvləri qanun layihələri ilə bağlı rəylərini bildiriblər. Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Onu da qeyd edək ki, bu Milli Məclisin Səhiyyə komitəsinin 3-cü onlayn iclasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər