Yaşayış yerini tərk etməklə bağlı icazə sənədini almaq üçün texniki işləri bacarmayanlara ailə üzvlərindən kimsə bu icazəni ala bilər.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Ü.Mehdiyev qeyd edib ki, 5 nəfərlik ailədə 1 mobil telefon varsa, ailənin digər üzvləri üçün də icazə alına bilər:
“Bunun üçün evi tərk etmək istəyən şəxsin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi daxil edilməlidir.
65 yaşdan yuxarı şəxslərin bu imkandan istifadəsinə gəlincə, onlara ümumiyyətlə, yaşayış yerini tərk etmək qadağan edilib. Tək yaşayan ahıllar üçün isə sosial xidmətlərdən istifadə edə bilərlər”.