Modern.az

İngiltərə Premyer Liqası bu tarixdən bərpa olunacaq

İngiltərə Premyer Liqası bu tarixdən bərpa olunacaq

4 Aprel 2020, 08:54

Futbol üzrə İngiltərə Premyer Liqası rəhbərliyi koronavirus səbəbindən təxirə salınan çempionatın nə zaman bərpa olunacağı ilə bağlı bəyanat yayıb.

Modern.az xəbər verir ki, Premyer Liqanın mayın əvvəli bərpa olunmayacağı bildirilib. Qeyd olunub ki, hazırda əsas prioritet yarış iştirakçılarının və azarkeşlərin sağlamlığıdır.

Bu səbəbdən çempionatın sağlamlıq üçün təhlükəsiz şəraitdə yenidən başlanacağı vurğulanıb. Qarşılaşmaların yeni tarixinə dair qərar bütün maraqlı tərəflər, eləcə də İngiltərə hökuməti ilə məsləhətləşdikdən sonra veriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqanın aprelin 30-dan tez başlamayacağı açıqlanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi