Modern.az

ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır

ABŞ-da pandemiyaya yoluxanların sayı 300 minə çatır

Dünya

4 Aprel 2020, 09:28

ABŞ-da hər ötən sutka koronavirusa yoluxanların sayı çoxalmaqdadır.

 

Modern.az xəbər verir ki, son sutkada ölkədə rekord sayda - 32,284 şəxsdə COVİD-19 aşkarlanıb. Ölənlərin sayı isə 1,321 nəfər olub.

  

Beləliklə, ABŞ-da Koronavirusa yoluxanların sayı 277,161-ə, bu xəstəlikdən ölənlərin sayı isə 7392-yə yüksəlib.

Virus daşıyıcılarından yalnız 12,283 nəfəri sağalıb.

 

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə dünyada birinci yeri tutur. Pandemiya qurbanlarının sayına görə isə İtaliya və İspaniyadan sonra üçüncü yerdə qərarlaşıb.

 

T.İSMAYIL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı