Modern.az

Hindistan 9 dəqiqə işıq saçdı

Hindistan 9 dəqiqə işıq saçdı

6 Aprel 2020, 09:07

Hindistanda aprelin 5-də yerli vaxtla axşam saat 9-da milyonlarla insan mənzillərində elektrik lampalarını yandırmaqla, habelə eyvanlarda şam və ya mobil telefon vasitəsilə 9 dəqiqə işıq saçmaqla COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik nümayiş etdiriblər.

 

Modern.az xəbər verir ki, aksiya Baş Nazir Narendra Modinin “Saat 9-da 9 dəqiqə” (9pm - 9 min) çağırışı ilə baş tutub. O, bu aksiyanın pandemiyadan əziyyət çəkən dünyaya təsirli mesaj olacağını ümid etdiyini deyib. Aksiyaya sadə insanlarla yanaşı, dövlət rəsmiləri, tanınmış şəxslər, kino və şou-biznes ulduzları da qoşulublar (azərtac).

 

Qeyd edək ki, Hindistanda COVID-19 infeksiyasına yoluxanların sayı 3588, ölənlərin sayı isə 99 nəfərdir. Ölkə martın 25-dən etibarən 21 günlük karantin rejimindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?