Modern.az

Milli Məclisdə məsələ qaldırıldı: Günəmuzd işləyənlərə, adına torpaq olan şəxslərə də yardım edilsin

Milli Məclisdə məsələ qaldırıldı: Günəmuzd işləyənlərə, adına torpaq olan şəxslərə də yardım edilsin

Aktual

9 Aprel 2020, 12:33

“Bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir”.

 

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı çıxış edən deputat Bəhruz Məhərrəmov deyib.

 

Deputat bildirib ki, həmin şəxslər həm öz günahları, həm də bəzi qurumlarının günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər:

 

“Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir. Eyni zamanda, adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok