Arxiv
10 Aprel 2020, 01:38 | MƏDƏNİYYƏT
PSİXOLOQ MƏSLƏHƏTİ:  “Qaynar xətt” yaradılsın – KARANTİNİN 18-Cİ GÜNÜ

Koronavirus pandemiyasının bütün dünyada yayılması insanlıq üçün yaratdığı ən böyük problem psixoloji gərginlikdir. Bu virusun yaratdığı qeyri-müəyyənlik, insanların məcburən evdə qalması çox ciddi fəsadlara yol açır.

Artıq dünya alimləri insanların psixikasının koronavirus təhdidi ucbatından alt-üst olduğunu təsdiqləyirlər. Buna görə, pandemiyanın vüsət aldığı bir neçə dövlətdə insanlara tibbi xidmətlərlə bərabər psixoloji yardım da təklif edilir. Çünki bəzən insanlara maddi dəstəkdən daha çox, mənəvi dəstək gərək olur. Karantin dövrü olduğu üçün bu boşluğu yalnız psixoloqlar doldura bilərlər.

Bəs, dünyanın koronavirussuz zamanlarında bu sahədən yaxşı gəlir əldə edən psixoloqlar, böyük psixoloji mərkəzlər niyə gözə dəymirlər? Onlar ödənişsiz işləməkmi istəmirlər, yoxsa bu işi təşkil edən yoxdur?

Modern.az yaranmış vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejiminin 18-ci günündən etibarən psixoloq məsləhətinə start verir. Hər gün müxtəlif psixoloqlar insanların görüşünə gələcək, məsləhətlərini verəcəklər.

İlk həmsöhbətimiz  Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyevadır.

O, ilk olaraq karantin rejiminin tam şəkildə sərtləşdirildiyini və əslində vəziyyətin bu qədər ciddiləşməsinə insanların qadağalardan boyun qaçırmasının səbəb olduğunu qeyd edib:

“Əvvəldən müəyyən xəbərdarlıqlar edilmişdi ki, hər kəs gigyenik qaydalara əməl etməli, Nazirlər Kabineti yanında Operativ Qərargahın  tövsiyələrindən kənara çıxmamalıdır. Vaxtında biz deyilənlərə əməl etsək, bütün tədbirləri alsaq, virusa yoluxma  bu qədər çoxalmazdı. Bu zaman xüsusi karantin rejiminin ciddiləşdirilməsinə, sərt qadağaların tətbiq olunmasına da ehtiyac qalmazdı. Bütün bunlar insanların psixologiyasına da təsir edir. Amma diqqət etdinizsə, qaydalar pillə-pillə sərtləşdirildi, anidən qəti keçid olmadı. Düşünürəm ki, bu, insanlarda bir növ psixoloji hazırlıq formalaşmasına kömək etdi.

İlkin mərhələdə, insanlara gigiyena qaydalarına əməl etmək, sıx təmasdan, ünsiyyətdən çəkinmək, evdə qalmaq tövsiyə olundu. Özümüzü və yaxınlarımızı qorumağımız üçün bütün zəruri məlumatlar verildi. Sonradan isə vəziyyət gərginləşdikcə, qadağalar da sərtləşdirildi.

Koronavirusun mənfi enerjisi ilə mübarizə aparmaq üçün ilk növbədə pandemiyanın özündən qorunmalıyıq. Hər gün onlarla insan bu barədə müraciət edir, koronavirusun psixoloji fəsadlarından şikayətlənir. İnsanlara məsləhət görürəm ki, qadağalara tam əməl edərək, gigiyena qaydalarını, prosedurları yerinə yetirərək, özlərinə əminlik yaratsınlar. Məsləhətlərə riayət edərək düşünsünlər ki, əlimdən gələni edirəm, virusdan sığortalanmağım yüksəkdir”.

 

N. Quliyeva virtual ünsiyyətin insanların psixologiyasına daha yaxşı təsir edəcəyini düşünür:

“Tez-tez görüşdüyünüz insanlarla, yaxınlarınızla, dostlarınızla videogörüntü vasitəsilə danışın, hal-əhval tutun. Yaxınlarla virtual ünsiyyətdə də pozitiv olmağa, müsbət məqamlardan danışmağa çalışın. Evdə olarkən, əhvalınızı yüksək tutan, sizə zövq verən fəaliyyətlərlə məşğul olun. İdmanla məşğul olmaq, musiqi dinləmək, film izləmək, rəsm çəkmək, kitab oxumaq və s. fəaliyyətlərdən sizə nə xoş təsir edirsə, günlük həyatınıza daxil edin.

Sadəcə bunların hamısını bir gündə etməyə çalışmayın. Bir gün kitab oxumağa, ertəsi gün film izləməyə, daha sonra məsələn, yemək hazırlamağa vaxt ayırın. Hər gün eyni fəaliyyətlə məşğul olmaq sizi yora bilər.

Əsas məsələ, bu vəziyyətin müvəqqəti olduğunu, ötüb, keçəcəyini düşünün, qəbul edin. Təbii ki, heç də aylarla bu vəziyyətdə yaşamayacağıq. Karantinin də bitmə müddəti var. Əgər uzadılarsa, ən pis halda may ayında proses yekunlaşa bilər. Bütün bunları düşünərək, özünüzü rahatladın”.

Psixoloq insanların ruh sağlığının onların immun sisteminə müsbət təsirini də istisna etməyib:

“Əgər siz psixoloji cəhətdən çökəcəksinizsə, təbii ki, sağlam orqanizmdın söhbət gedə bilməz. Hətta mənə çox insan yazır ki, həyacanlanıram, təşvişə düşürəm, koronavirusa yoluxmağımdan qorxuram, temperaturumun qalxdığını hiss edirəm və ölçəndə həqiqətən yüksək olduğunu görürəm. Amma biz həmin şəxslərlə danışdıqdan sonra temperatur avtomatik düşür, orqanizmin təşvişi sakitləşir.

Əslində tətbiq olunan qadağalar məcburi olsa da, bizim sağlamlığımız üçün daha vacib addımlardır”.

Dünya ölkələrinin bir çoxunda psixoloji xidmətin tətbiq edildiyini vurğulayan N. Quliyeva Azərbaycanda da buna ehtiyac olduğunu əlavə edib:

“Hətta karantinə yerləşdirilən insanların da hər biri ilə psixoloqlar işləyir. Xəstəliyə yoluxan və ya yoluxmayan hər kəsin psixoloji yardıma ehtiyacı var. Çünki sosial şəbəkələrdə çox insan özlərində koronavirusun simptomlarını hiss etdiklərini qeyd edirlər. Halbuki bir qədər dərinə getdikdə, həkim qruplarında həkimlərin suallarını cavablandırdıqda, bunun sadəcə psixoloji fəsadlar olduğunu aşkar edirik.

Ona görə, karantin dönəmindən sonra da psixoloji yardıma ehtiyac olacaq. İndiki dönəmdə onlayn konsultasiyaların aparılması yerinə düşər. Özəl klinikaların bu barədə addım atdığını bilirik. Biz özümüz də onlayın psixoloji xidmət həyata keçiririk. Buna dəstək olaraq, psixoloji gərginliyin azaldılması üçün xüsusi “qaynar xətt”in yaradılması təklif oluna bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51