Modern.az

Hərbi akademiya məzunu, biznes dahisi, ABŞ prezidenti - Trampın həyatı FOTOLARDA

Hərbi akademiya məzunu, biznes dahisi, ABŞ prezidenti - Trampın həyatı FOTOLARDA

20 Aprel 2020, 11:58

Dünyanın müqəddəratını həll edən nəhəng siyasi liderlər. Biz onları adətən siyasi arenalarda görmüşük. Buna görə də dünyanın ən güclü ölkələrini idarə edən şəxslərin bizim kimi həyatı olduğunu bəzən unuduruq.

 

Modern.az “Siyasətçi həyatı fotolarda” adlı fotolayihəsinin növbəti qonağı etdiyi açıqlamalarla, atdığı “tvit”lərlə dünyanın gündəmini dəyişən, dəlisov xarakteri və qalmaqallı çıxışları ilə indidən adını tarixə yazmış ABŞ prezidenti Donald Trampdır.

 

Bu dəfə sizə Donald Trampın həyatınının qeyri-rəsmi tərəfini fotolarla təqdim edirik.

 

 

İlk olaraq, hazırkı Ağ Ev sahibinin şəxsi və iş karyerasına qısa nəzərə salaq.

Atası alman, anası ilə şotland mənşəli olan Donlad Tramp 14 iyun 1946-cı ildə Nyu-Yorkda anadan olub. 13 yaşında valideynləri onu Nyu-York hərbi akademiyasına göndərirlər.

 

 

Tramp "Sövdələşmə məharəti" kitabında hərbi akademiyadan məzun olduqdan sonra kino məktəbinə qəbul olmaq həvəsinə düşdüyünü yazırdı. Lakin sonra fikrini dəyişib:

 

 

"Sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir. Fordem Universitetində oxumağa başladım. İki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün elə oxumamağa bərabərdir. Ona görə də Pensilvaniya Universiteti tərkibindəki Uorton Biznes Məktəbinə ərizə verdim və qəbul olundum. Mən oranı bitirəndə çox sevindim. Tez evə qayıdaraq atamın yanında işə başladım".

 

 

Tramp iş fəaliyyətinə kollecdə təhsil alarkən Ohayo ştatının Sinsinati şəhərində 1200 mənzillik binanın modernləşməsindən başlayıb. Bələdiyyənin yeddi il ərzində tamamlaya bilmədiyi inşaatı üç ay ərzində tamamladıqdan sonra Tramp medianın diqqətini özünə çəkir.

 

 

Amerika prezidentinin malik olduğu çoxsaylı daşınmaz əmlakların simvolu Nyu-York şəhərinin mərkəzindəki "Trump Tower" qülləsi sayılır. Trampın ailəsi də məhz bu 58 mərtəbəli binada yaşayır. Qüllə, həmçinin "Trump Organization" şirkətinin baş qərargahıdır.

 

 

Hazırda 3.1 milyard dollar sərvətə malik olan Amerika prezidenti “Forbes” jurnalının qiymətləndirmələrinə görə, indiyədək prezident kürsüsündə oturmuş ən zəngin amerikalıdır.

 

 

Respublikaçılar partiyasının namizədi kimi Donald Tramp 2016-cı ildə 4 illik ABŞ prezidenti postuna seçildi. O, bu il gerçəkləşəcək növbəti prezident seçkilərinə də namizədliyini irəli sürüb.

 

 

Şəxsi həyatına gəlincə, Tramp 3 dəfə evlənib və bu izdivaclardan 3 oğlu, 2 qızı dünyaya gəlib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!