Modern.az

Jurnalist Ceyhun Musaoğlu XƏBƏR SAYTI açdı

Jurnalist Ceyhun Musaoğlu XƏBƏR SAYTI açdı

24 Aprel 2020, 14:32

Yeni xəbər saytı yaradılıb. Bu barədə Jurnalist Ekspert Mərkəzi İctimai Birlyi (JEM) məlumat yayıb. Modern.az xəbər verir ki, Mərkəzin dəstəyi ilə yaradılan sayt Rupor.az adlanır.

Baş redaktor vəzifəsini icra edəcək JEM sədri Ceyhun Musaoğlunun fikirləri də məlumatda əksini tapıb.

JEM sədri saytın ənənəvi media quruluşlarından fərqlənməyəcəyini, jurnalistika sahəsində yeni dövrün tələblərinə cavab verən qaydalara uyğun şəkildə fəaliyyət göstərməyə çalışacağını, zamanla texniki imkanlarını artıracağını, bununla ictimaiyyətin sağlam xəbər almaq arzusunun tam gerçəkləşməsinə səy göstərəcəyini, ölkədə mətbu mühitin saf qalmasına dəstək verəcəyini, jurnalistikanın rupor mahiyyətli olduğunu örnək tutacağını bildirib.

C.Musaoğlu “Rupor” adına aydınlıq gətirib: “Əslində jurnalistika rupor rolunu oynamalıdır. İctimaiyyətin səsini gücləndirib hökumətə, hökümətin səsini gücləndirb ictimaiyyətə çatdırmaq ruporluğun məna yüküdür. Burada “gücləndirmək” ifadəsi özündə müsbət olan çox mənanı əks etdirir. Cəmiyyətdəki təbəqələrin bir-birini aydın eşitməsi vacibdir. Jurnalist məhz belə bir mühitin yaradılmasına xidmət edən peşə sahibidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü