Modern.az

İran səfiri Azərbaycan xalqını təbrik etdi

İran səfiri Azərbaycan xalqını təbrik etdi

24 Aprel 2020, 16:26

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə müqəddəs Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Səfirlikdən Modern.az saytına verilən məlumata görə, təbrikdə deyilir:

“Allahın adı ilə

Rəhmət və bərəkət ayı olan Ramazan ayının nəsim küləyi İslam dünyasının sevincinə səbəb olmuşdur.

Mən, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri olaraq, Cənnət qapılarının bəndələrin üzünə açıldığı və Quranın baharı olan mübarək Ramazan ayının gəlişi münasibətilə, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edir, hamınıza bərəkətli, sağlam, duaların qəbul olunduğu bir ay arzu edirəm.

Allahdan diləyirəm ki, bu ayın bərəkəti xatirinə bütün bəlaları və xəstəlikləri, o cümlədən koronavirus bəlasını dünyanın bütün əhalisindən, xüsusilə müsəlman xalqlardan uzaqlaşdırsın, müsəlman xalqlar üçün sülh, dostluq və sevgi dolu dünya ərməğan etsin. 

Cavad Cahangirzadə

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır