Modern.az

“Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” - UNEC-in distant ali təhsillə bağlı beynalxalq forumu

“Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” - UNEC-in distant ali təhsillə bağlı beynalxalq forumu

27 Aprel 2020, 20:44

"Koronavirus pandemiyası distant ali təhsilin mənfi tərəflərini əsas tutmaqla müzakirəyə üstünlük verən tendensiyaya son qoydu. Distant ali təhsilin qaçılmaz zərurət olduğu artıq hamı tərəfindən qəbul edilir və müzakirələr indi distant ali təhsilin keyfiyyəti, tətbiq edilə bilən yeni metodları, distant yolla ötürülən biliklərin və onun mənimsənilməsinin qiymətləndirilməsi kimi məsələlərə yönəlib".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov öz feysbuk səhifəsində yazıb.

 

Ə,Muradov qeyd edir ki, bu müzakirələr hazırda istisnasız olaraq dünyanın bütün universitetlərində aparılır: "Qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə UNEC distant ali təhsillə bağlı hər il keçiriləcək Beynəlxalq Foruma start verir.
İlk belə forum car ilin may ayının 1-də saat 16.00-da online keçiriləcək.
Bu Forum azərbaycan dilində aparılacaq və Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-dan olan azərbaycanlı alimlər distant təhsillə bağlı öz dəyərli mülahizələrini bizimlə bölüşəcəklər.
Distant təhsillə maraqlanan hər bir şəxsi Foruma dəvət edirik.
Forumu rəsmi "Facebook" (facebook.com/uneceduaz), Youtube (youtube.com/unecofficial) və unec.edu.az saytından canlı izləyə və suallarınızı ünvanlaya bilərsiniz".

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər