Arxiv
8 May 2020, 19:00 | PARLAMENT
“Araz çayı üzərində aparılan intensiv işlər Ermənistanı qıcıqlandırıb” - Əli Hüseynli

Modern.az Milli Məclisin I vitse-spikeri Əli Hüseynlinin müsahibəsini təqdim edir:

 

- Son günlərdə yerli mətbuatda Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında müzakirələr yaranıb. Bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycan və İran Hökumətləri arasında Saziş də imzalanıb. Sazişdə nə deyilir?

 

- Birincisi, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istifadəsi məsələsi ən yüksək səviyyədə tənzimlənir, bu barədə Azərbaycan və İran arasında beynəlxalq sənəd imzalanıb. İkincisi, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi bir daha dəqiq formada təsdiq edir. Üçüncüsü isə Saziş hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir. Yəni hər iki hidroqovşaqdan və su elektrik stansiyalarından istifadə yalnız Azərbaycana və İrana məxsusdur. Bütün bunlarla yanaşı, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır. Yəni su elektrik stansiyalardan 3-cü dövlətin istifadəsi mümkün deyil. Saziş və ya sazişin müddəaları ilə tanış olmaq istəyənlər e-qanun.az internet səhifəsinə daxil olaraq beynəlxalq sənədlə tanış ola bilərlər.

 

- Bəs sizcə bu qurğuların tikintisi hansı zərurətdən irəli gəlir və indiki geosiyası vəziyyətdə, İran-Azərbaycan münasibətlərinə bu məsələ necə təsir göstərə bilər?

 

- Qeyd edilən hidroqovşaqların tikilməsi məsələsi yeni məsələ deyil. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə isə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılmış və layihələr yenidən işlənib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycanla İran arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb. Sonrakı dövr ərzində yuxarıda qeyd edilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfindən aparılıb. 2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Və məhz iki dövlət arasında dostluq münasibətlərinin nəticəsində baş tutub.

 

- Bəs nə üçün bu Saziş 4 il sonra mətbuatın gündəminə düşüb? Bunu səbəbi nədir?

 

 - Görünür, həmin ərazilərdə aparılan intensiv işlər Ermənistan və ölkəmizə düşmən mövqeyi tutanları qıcıqlandırıb. Eyni zamanda yerli ictimaiyyətdə bu məsələ ətrafında gedən proseslərə nəzər saldıqda dövriyyəyə buraxılmış bir sıra fikirlərin məlumatsızlıqdan və qeyri-peşəkarlıqdan qaynaqlandığını demək mümkündür. Həmçinin bu məsələyə münasibət bildirən bir sıra “ekspertlərin” siyasi və hüquqi savadının aşağı səviyyədə olmasıdır. Lakin bilərəkdən bu kampaniyada iştirak etmək və ya tərkib hissəsi olmaq yolverilməzdir. Məsələ isə kifayət qədər aydın və birmənalıdır. 2016-cı ilin fevral ayında imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan və onu qəbul edən beynəlxalq sənəddir. Bu saziş dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını təsdiq edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və qəbul edən istənilən fikir, bəyanat, beynəlxalq təşkilatların qətnamələri və xüsusən iki dövlət arasında imzalanmış beynəlxalq sazişlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ağır zərbədir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53