Arxiv
10 May 2020, 11:58 | PARLAMENT
Fazil Mustafa Zaur Hüseynova irad tutdu: “Metro şefinin dilini anlamaqda xeyli çətinlik çəkdim”

“Azərbaycanda fikrini ana dilində ifadə etmək məsələsində ən çox ittihama məruz qalan xarici işlər nazirimiz olub. Ardınca bir çox məmurların da, ictimai xadimlərin də öz fikrini dövlət dilimizdə çatdırmasında problemlər ortaya çıxır. Şəxsən mən, ötən gün bizim yeraltı dünyamızın, yəni metromuzun şefinin mətbuat konfransında təqdim etdiyi Azərbaycan dilini anlamaqda xeyli çətinlik çəkdim”.

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun Azərbaycan dilində səlis danışa bilməməsinə münasibət bildirərkən deyib.

“İnanın ki, mən ana dili üzərindən aparılan qaralama və ya aşağılama kampaniyasının qətiyyən tərəfdarlarından deyiləm, hətta bir çox hallarda rusdilli aydınlar, yaxud ingilisdilli aydınlar içərisində Vətənə səmimi bağlılığın daha çox detallarını müşahidə edirəm. Və onların düşüncə məhsullarından öz dilimizdə yazanlardan daha çox faydalanıram. Anlaşılandır, adam elə bir mühitə düşüb ki, vaxtında öyrənə bilməyib, indi də yaşlaşdıqca bunun əziyyətinə qatlaşa bilmir. Əslində mənim də xarici dil öyrənmə sahəsində qabiliyyətim aşağı olduğuna görə bu mövzuda hamıdan çox özümü danladığımı söyləyə bilərəm. Maraqlıdır ki, hər bir qurumun öz mətbuat xidməti var, bu xidmətə ən hazırlıqlı dil bilgisi olan mütəxəssislər götürsələr belə, qarşılarına tələb qoymaq olmaz ki, öz rəisinizin və ya nazirinizin Moltanı Azərbaycan dilində səsləndirdikləri fikirləri Ədəbi Azərbaycan dilinə tərcümə edin! Ola bilsin ki, bu insanlar yaxşı mütəxəssidirlər, Azərbaycan dilini yaxşı bilməsələr də rus və ingilis dillərində fikirlərini çox rahat ifadə edə bilirlər, dilimizi təhrif etməkdənsə, dövlət dilini əsaslı şəkildə öyrənənə qədər ən azı mətbuat konfranslarında bu dillərdə danışsınlar və fikirləri dəqiq tərcümə olunsun. Bu, əlbəttə çox sayda məmura aid məsələ deyil, ancaq bütün hallarda Azərbaycanda yüksək mövqe tutmaq istəyənlərin indidən bu dili fikrini rahat izah edəcək səviyyədə öyrənməsi vacibdir”, -deyə deputat əlavə edib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54