Arxiv
11 May 2020, 12:50 | TƏHSİL
Komitə sədri uşaq bağçalarının vəziyyətindən NARAZIDIR

Zaman-zaman məktəbəqədər təhsil müəssisələrinin yerli İcra hakimiyyətlərinin tabeliyindən alınıb Təhsil Nazirliyinə verilməsi məsələsi gündəmə gətirilib. Həm valideynlər, həm də təhsil işçiləri adıçəkilən müəssisələrin Təhsil Nazirliyinə verilməsinin daha doğru olduğunu bildiriblər.

Son günlərdə bəzi icra başçılarının korrupsiya və rüşvətxorluq hallarına yol verməsi bu mövzu ətrafında müzakirələrə yol açmaqdadır.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Modern.az-a açıqlamasında mövzu barədə fikirlərini bölüşüb.

“Bu, təəssüf hissi doğurur”

Komitə sədri məktəbəqədər təhsil müəssisələri ilə bağlı qanunvericilik bazasının işləndiyini, eləcə də “Məktəbəqədər təhsil haqqında” qanunun qüvvədə olduğunu xatırladıb:

“Təhsil Nazirliyi də bu istiqamətdə böyük işlər görür. Qanun qəbul edilməzdən əvvəl Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti Menriban Əliyevanın bu sahədə çox böyük uğurlu layihələri olub. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi, köhnələrinin təmir olunması və sairə.

Baxmayaraq ki, bu gün dövlətimiz bu tədbirləri görür, ancaq yerli İcra hakimiyyəti orqanlarının heç də hamısı buna dəstək vermir. Təəssüflər olsun ki, yerli icra hakimiyyəti orqanları məktəbəqədər təhsil müəssisələrinin  qorunması, onların tikilməsi məsələsində o qədər də maraqlı görünmür. Amma onlara ayrılmış vəsaitlərlə bağlı neqativ hallara tez-tez mətbuatda, Hesablama Palatasının hesabatlarında  rast gəlirik. Bu da bizdə acı təəssüf hissi doğurur”.

“Heç orta təhsili də yoxdur”

Bəxtiyar Əliyevin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri ilə bağlı məsələyə çox ciddi diqqət ayrılmalıdır:

“Düşünürəm ki, bu yaxınlarda məsələ ilə bağlı aparılmış təhlillər ümumiləşdiriləcək və məktəbəqədər təhsil müəssisələri, onların tabeçiliyi, təminat məsələsi də daxil olmaqla müəyyənləşəcək. Bir məsələni də qeyd etmək istərdim. Məktəbəqədər təhsil sahəsində çalışan işçilər “Məktəbəqədər təhsil haqqında” qanuna görə ali pedaqoji təhsilə malik insanlar olmalıdır. Bugünkü reallıq odur ki, məktəbəqədər təhsil müəssisələrində  nəinki ali təhsil, heç orta təhsili olmayan şəxslərin də çalışması faktları var. Bu isə yolverilməzdir. Çünki  məktəbəqədər təhsildən və məktəbəhazırlıqdan söhbət gedir. Dövlət bütün tədbirləri görüb. Bu gün məktəbəqədər yaş qrupuna aid ola uşaqların 90%-ə yaxını ya məktəbəqədər təhsilə, ya da ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb olunub. Yaxın illərdə bunun 100%-ə çatdırılması nəzərdə tutulur”.

“İş adamları cəlb olunmalıdır”

Parlamentari məktəbəqədər təhsil müəssisələrinin inkişafından danışarkən bu sahəyə iş adamlarının cəlb edilməsindən də söz açıb:

“Arzuolunan  hal odur ki, yerli icra hakimiyyəti orqanları da bu məsələyə böyük diqqət ayırsınlar və iş adamları da bu işə cəlb olunsunlar. Dünyanın hər yerində böyük və orta biznes sahibkarları sosial layihələr həyata keçirirlər. Uşaq bağçalarının yaradılması onların marağında olmalıdır ki, onlar üçün çalışan  işçilər də öz uşaqlarından arxayın olsunlar.
İş adamı düşüncəsi bizdə də formalaşmalıdır. Sahibkarlarımız bu işə, bu təşəbbüsə qoşulmalıdırlar. Burada da birinci yerli İcra hakimiyyəti orqanları maraqlı olmalıdır. Cənab prezident dəfələrlə  vurğulayıb ki, yerli İcra hakimiyyəti orqanları rəhbərlərinin, icra başçılarının bilavasitə işinə qiymət veriləcək. Həmin rayonlarda sahibkarlığın inkişaf səviyyəsi, nə qədər investisiya qoyulub və yerli büdcə formalaşıb kimi məsələlər diqqətlə araşdırılacaq.  Bir çox rayonlar bu işi görsələr də, yarıdan çoxu hələ də büdcədən maliyyələşib. Bu da çox böyük təəssüf hissi doğurur. Çünki regionların inkişafı üzrə Dövlət Proqramı kifayət qədər əsas verib ki, həmin icra başçılarının verdiyi layihələr əsasında yeni iş yerləri, yeni müəssisələr yaradılsın, yeni biznes layihələr gətirilsin. Bəzi rayonlarda bu baş verib”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq 29 May 2020, 06:13 Dünyanın ən yaşlı kişi sakini öldü 29 May 2020, 00:51 Bakıda avtomobil 31 yaşlı kişini vurdu 29 May 2020, 00:40 Moskvada koronavirus qurbanlarının sayı artıb 29 May 2020, 00:26 Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi 29 May 2020, 00:11 Çili koronavirusa yoluxmalara görə Çini geridə qoydu 29 May 2020, 00:09 Bakıda karantin rejimini pozan kafelər aşkarlandı 28 May 2020, 23:55 İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq 28 May 2020, 23:34 Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı 28 May 2020, 23:23 Azərbaycan bayrağı dünyanın ən hündür binasında 28 May 2020, 23:17 Əsəd rejiminə qarşı sanksiyanın müddəti uzadıldı 28 May 2020, 23:10 28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva 28 May 2020, 22:54 ATƏT PA sədri Milli Məclisin spikeri ilə danışıq aparıb 28 May 2020, 22:49  “Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər” - Prezident 28 May 2020, 22:38 Türkiyədə karantin rejimi yumşaldılır 28 May 2020, 22:21 “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək” - İlham Əliyev 28 May 2020, 22:12 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 28 May 2020, 22:00 Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu 28 May 2020, 21:48 Azərbaycanlı iş adamı Avropanın məşhur futbol klubunu alır 28 May 2020, 21:44 “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir” - İlham Əliyev  28 May 2020, 21:26 “Köçkünlərin problemlərinin həlli ən başlıca vəzifələrimdən biridir” - Prezident 28 May 2020, 21:15 Gürcüstanda Azərbaycan bayrağına sevgi - FOTO 28 May 2020, 20:59 Daha 5 futbolçuda koronavirus aşkarlandı 28 May 2020, 20:46 Köməksiz vəziyyətdə qalan fəhlə xilas edildi 28 May 2020, 20:33 Gözəllik salonunda işləyən qadın əri tərəfindən  qətlə yetirildi 28 May 2020, 20:19 Prezident və birinci xanım AÇILIŞDA - YENİLƏNİB 28 May 2020, 20:01 Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölüm 28 May 2020, 19:23 Türkiyəli uşaqlardan Azərbaycana 28 May günü təbriki - VİDEO 28 May 2020, 19:01 Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi 28 May 2020, 18:47 Rusiyanın beynəlxalq ehtiyatları 565 milyard dolları ötüb 28 May 2020, 18:11 İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb 28 May 2020, 17:51 Ərdoğandan Azərbaycana 28 May TƏBRİKİ: “Millətim adımdan salamlarımı və sevgilərimi çatdırıram” 28 May 2020, 17:36 Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu 28 May 2020, 17:12 Azərbaycan Cümhuriyyəti necə meydana çıxdı? 28 May 2020, 16:56 İtaliya mafiyasına növbəti zərbə vuruldu 28 May 2020, 16:53