Modern.az

O, dünyanın ilk trillioneri olacaq – PROQNOZ

O, dünyanın ilk trillioneri olacaq – PROQNOZ

14 May 2020, 22:45

“Amazon” şirkətinin sahibi Cef Bezos 2026-cı ildə dünyanın ilk trillioneri olacaq.

Modern.az xəbər verir ki, bu proqnozu kiçik biznes üçün konsultasiyalar verən “Comparisun” şirkəti verib.

 

Şirkətin hesablamalarına görə, pandemiya şəraitində “Amazon” şirkətinə tələbat və onun səhmlərinin bahalaşması da Bezosun trillioner olma şansını artırır.

“Comporsium” Nyu York fond birjasındakı 25 ən iri şirkətin kapitallaşma səviyyəsini öyrənib və hesab edir ki, Bezosun artınca ikinci trillioner çinli Suy Tsayin olacaq.

Amma Bezosun hədəfə hələ çox yolu qalıb. İş adamı hazırda 143 milyard dollar sərvətə malikdir. Mart ayında onun sərvəti 125 milyard dollar idi. Dünyanın ən zəngin iş adamı 56 yaşında “Amazon” şirkərinin səhmlərinin 11,2%-nə sahibdir.

 

Cef Bezos “Amazon” şirkərini 1994-cü ildə Sietl şəhərindəki qarajında yaradıb. Bundan başqa, “The Washington Post” qəzeti və “Blue Origin” aerokosmik şirkəti də ona məxsusdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...