Arxiv
15 May 2020, 09:58 | ÖLKƏ
İslahatlara kölgə salanlar...

Xeyli vaxtdır ölkə prezidenti tərəfindən müxtəlif sahələrdə davamlı islahatların aparılmasına şahidlik edirik. Xüsusilə illərdir ki, eyni vəzifəni “zəbt etmiş” köhnə fikirli məmurların tutduqları postdan uzaqlaşdırılması, onların yerinə savadlı və yenilikçi kadrların gətirilməsi cəmiyyətdə müsbət qarşılanır, gələcəyə inamı artırır.

Amma nə yazıq ki, atılan hər müsbət addımda yalnış axtarmağa çalışan, görülən işlərə mənfi kölgə salmaq istəyənlər də az deyil. Onlar yeni təyinatların heç biri ilə razı olmur, şəxsi tanıdı-tanımadı əks təbliğat aparırılar.

Maraqlıdır, bu cür insanların görülən hər işə mənfi rəy bildirməsinə səbəb nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa qarayaxma kampaniyasının daha çox gənc kadrlara kökləndiyini deyir:


“İnsanların dünyagörüşü, düşüncələri dəyişməyəndə hər hansı sahədə yenilik olanda bu hadisəyə paxıllıq, qısqanclıq hisssi ilə yanaşırlar. Bu tip adamlar müsbət istiqamətdə olan istənilən islahatı zərərli tendensiya kimi qələmə verirlər. Amma doğurdan da ölkədə ciddi kadr islahatları aparılır, əvvəlki ənənələr pozulub. Gənc kadrlar önə çəkilir ki, buna da ancaq sevinmək olar. Məsələn, İqtisadiyyat nazirinin müavini postuna Elnur Əliyev kimi savadlı, dərin iqtisadi biliklərə malik olan şəxsin gətirilməsinə yalnız müsbət yanaşmaq olar. Uzun illər bir sahədə durğun fəaliyyət göstərən şəxs vəzifəyə təyin olunanda bəzi insanlarda narahatlıq yaranmır. Amma elə ki, bir gənc kadr vəzifəyə təyin olunur, onda başlayırlar həmin şəxsi gözdən salmaq üçün addımlar atmağa. İndi çirkaba bulaşmamış, modern dünyanı anlayan insanların önə çəkilməsi vacibdir. Bu baxımdan da cəmiyyət olaraq belə təyinatlara üzülməli deyilik. Sevinməliyik ki, siyasi həyat yenilənir. Bu orqanizmdə qanın yenilənməsi kimi bir şeydir”.


Deputat vəzifəyə yeni təfəkkürlü insanların gətirilməsilə iş əmsalının artdığını deyir:

“Məsələn, parlament nümunəsində onu deyim ki, iş əmsalı, deputatların fəallığı artıb. Hansı sayta baxırsan deputatlar bu və ya digər məsələlərə geniş münasibət bildirirlər. Bu o deməkdir ki, dəyişim olanda müəyyən dərəcədə aktivlik, insanların məsələyə müdaxiləsi artır. Bu da çox yaxşı tendensiyadır. Son zamanlar Prezident də öz şikayətini cəmiyyətə açıq şəkildə söyləyir. Lakin bu əvvəl belə deyildi. Ölkə başçısı şikayətini paylaşmazdı. Amma indi o atdığı addımlarla sanki cəmiyyətə aydınlıq gətirir ki, hansı qərarı nə üçün verib. Bu da ölkədə müsbət auranın yaranmasına xidmət edir. Amma təəssüf ki, əlindən bir iş gəlməyən insanların hansısa uğura qarayaxma kampaniyası bir ənənəyə çevrilib. Bu ənənə də bizim irəli getməyimizə mənfi təsir edir”.

 

Psixoloq Aytən Ələkbərova deyir ki, vəzifəyə təyin olunan kadrları pisləməklə bəzi insanlar cəmiyyətin psixoloji immunitetini aşağı salmağa çalışır:

 

“İnsanların bir-birini qavrama prosesində sosial stereotiplərin rolu həddindən artıq vacibdir. Artıq insanların hadisələrə münasibət bildirməsi də həmin stereotiplərin şəxslərə təcrübəsini ötürməsindən irəli əlir. Bir insanı “vurarkən” şəxslərin şüur altında düşündükləri məqam olur. Onlar yeniliklərə mənfi prizmadan yanaşaraq,  vəzifəyə təyin olunan insanları pisləyib toplumda psixioloji immuniteti aşağı salmağa çalışırlar. Burda bir mühüm cəhət ondan ibarət olur ki, əvvəlki komandada vəzifə daşımış şəxslərə aid olan xüsusiyyətlər, məlumatlar cəmiyyətə sızdırılır. İnsanların yeni gələn kadrla ünsiyyət qurması qeyd etdiyim şəxslərdə mənfi hislər yaradır və özlərində olan səhvlər kənara sızmasın deyə çalışırlar ki,  yeni kadr haqqında dezinformasiya yaysınlar. Burda da sosial persepsiya özünü göstərir. Sosial persepsiya isə qarşılıqlı prosesdir. Bu qarşılıqlı prosesin yaranması insanın özünü araşdırmağa doğru gedir. Yəni kimsə “yaxalandı” gəl, məni də yoxla, önə çıxar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramil Səfərova çamur atanlara mükəmməl cavab -VİDEO 29 May 2020, 14:24 Hərbi qüdrətimiz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq - Deputat 29 May 2020, 14:19 İranda daha 50 nәfәr koronavirusdan öldü 29 May 2020, 14:12 Deputat seçicilərlə görüşdü - FOTO 29 May 2020, 14:04 BMU əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda    29 May 2020, 13:57 Bakıda dönər evinin sahibi 2 min manat cərimələndi 29 May 2020, 13:50 Bakıda dəhşətli qətl - Ər arvadını gözəllik salonunda öldürdü 29 May 2020, 13:37 Türkiyə Böyük Millət Məclisinin Sədri Sahibə Qafarovaya zəng etdi 29 May 2020, 13:30 Müəllimlərin yerdəyişmə müsabiqəsinin detalları açıqlandı 29 May 2020, 13:23 DİM TOEFL imtahanı keçirəcək 29 May 2020, 13:15  Güclü külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI 29 May 2020, 13:08 Ötən günün "yol terroru" - 6 qəza, 6 ölü, 1 yaralı 29 May 2020, 13:00 Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı   29 May 2020, 12:53 Azərbaycan özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə edib - Şeyx 29 May 2020, 12:45 İş yerini dəyişmək istəyən müəllimlər üçün sənəd qəbulu başlayır 29 May 2020, 12:37 Cavanşir Feyziyev seçicilərlə görüşüb - FOTO 29 May 2020, 12:30 Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü 29 May 2020, 12:23 MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq 29 May 2020, 12:14 Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu 29 May 2020, 12:06 Kolleclərə 47734 nəfər sənəd verdi 29 May 2020, 11:57 Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 29 May 2020, 11:48 Prezident fərman İMZALADI 29 May 2020, 11:40 ADU tələbə qəbulu elan etdi 29 May 2020, 11:32 Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58