Arxiv
16 May 2020, 13:04 | MƏDƏNİYYƏT
Karantindən sonrakı Azərbaycan TOYLARI - Öpüşüb-qucaqlaşmaq olmaz, hər masada 3-5 nəfər...

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün açıqladığı qaydalara əsasən mayın 18-dən sonra bir çox sahələrdə karantin qaydalarının yumşalması nəzərdə tutulub. Buna baxmayaraq, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

 

Bu barədə Modern.az-a danışan Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmiraslanovun sözlərinə görə, karantindən sonra toy məclislərinin bərpası gedişatdan asılı olacaq. Baş kulinar qeyd edib ki, dövlətin qərarlarına laqeyd yanaşmaq düzgün deyil:

 

“İnsanlar dərk etməlidirlər ki, koronavirusun yayılma səbəbi nə olur olsun, bu pandemiya mövcuddur və deyilənləri etməyə məcburuq.

Əvvəllər toy məclislərində israfçılığın baş alıb-getməsindən şikayətlənirdik. Hətta  sadə formaya keçməsini, ailə, qohum-əqrəba arasında nikah məclisi ilə əvəzlənməsini təklif edirdilər. Nə oldu ki, indi hamı toy etmək arzusuna düşdü? Sosial şəbəkələrdə daha çox yazırlar, toy məclislərinin bərpasına icazə verilməsini tələb edirlər. Buna nə ehtiyac var? Kim evlənmək istəyirsə, nikah bağlayıb, ailə arasında çox kiçik tədbir edə bilər”.  

 

Koronavirusdan sonra toylarda israfçılığın aradan qalxacağı haqqında iddialara gəlincə isə Tahir Əmiraslanov adətlərin dəyişməyəcəyini deyir:

 

“Qətiyyən gözləmirəm! Biz xalq olaraq, “dambat”ıq. Özümüzü göstərməliyik. Avropada yaxın qohum dedikdə, ata-ana, bacı-qardaş nəzərdə tutulur. Bizdə isə qohum şəcərəsi xeyli böyükdür. Toya uzaq qohumlardan kimi isə çağırmadıqda inciyirlər. Yaxud toy sahibi özü maraqlıdır ki, hər kəsi restorana yığsın, toyu nümayiş etdirsin, özünü göstərsin.

Virusun tamamilə aradan çıxmadığı vaxtda isə bu cür mənasız göstərişləri kənara qoymaq lazımdır. Dediyim kimi, kim evlənmək istəyirsə, nikah üçün müraciət etsin, evlənsin. Toylar üçün icazə verilməsi məqsədəuyğun da deyil. Ən azı yanvar ayında qədər bu cür kütləvi tədbirlərə məhdudiyyət olmalıdır. İcazə verilən də isə toya dəvət edilən qonaq sayını ən azı 3 dəfə azaltmaq gərəkli olacaq. Məsələn, bir stol ətrafında əvvəlki kimi 12-15 nəfər deyil,  3-5 nəfər otursa daha yaxşıdır. Amma maskadan istifadə tapşırılsa, yemək məsələsi anlaşılmazlıq qalacaq. İstənilən halda sosial məsafəni qorumaq, hər qonaqla öpüşüb-qucaqlaşmamağa çalışmaq, gigiyena qaydalarına əməl etmək lazım olacaq”.

 

T.Əmiraslanovun sözlərinə görə, restoranların işçi heyəti, xüsusilə aşpazlar və ofisiantlar hər 3 aydan bir koronavirus testindən keçməli olacaqlar:

 

“Bu pulsuz aparılacaqsa, lap yaxşı. Amma müayinələr onların öz hesabına olsa, çətinlik yaranacaq. Nəzərə alsaq ki, onların mütəmadi qoruyucu vasitələr istifadəsi də tələb olunacaq,bu zaman  xüsusilə, günəmuzd çalışan işçilər bu şərtlərə əməl etməyə pul çatdırmayacaqlar. Bütün bunları qaydasına salmaq üçün iş aparılır.

Restoran sistemi çox mürəkkəbdir. Kommunal xərcləri çoxdur. Ərzağa verilən pul restorana adam gəlməsə batır. İşçilər dağıldıqda həmin kadrların yenidən bir araya toplanması çətin prosesdir. Avadanlıqlar işləmədikdə yararsız hala düşür. Zəncirvari proses olduğuna görə, bununla bağlı xüsusi qaydaların müəyyənləşməsinə ehtiyac var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Naxçıvan məscidlərində şəhidlərin xatirəsi anılıb   27 Sentyabr 2021, 10:36 Qəhrəmanlıq salnaməsi - VİDEO 27 Sentyabr 2021, 10:32 Hikmət Hacıyevdən Anım Günü PAYLAŞIMI 27 Sentyabr 2021, 10:30 Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu” 27 Sentyabr 2021, 10:27 Prezidentin xalqa müraciəti - TAM MƏTN 27 Sentyabr 2021, 10:26 Bu gün dəmir yumruğun endiyi gündür - Səfir 27 Sentyabr 2021, 10:22 Paşinyan terrorçuların lideri ilə müzakirə apardı 27 Sentyabr 2021, 10:19 “Düşmən 30 il ərzində bizə meydan oxuyub” - Ali Baş Komandan 27 Sentyabr 2021, 10:18 DTX Anım Günü ilə bağlı vodeoçarx hazırladı 27 Sentyabr 2021, 10:17 İlham Əliyev: Kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, bunu öz ərazisində etsin! 27 Sentyabr 2021, 10:16 Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım 27 Sentyabr 2021, 10:12 Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır - İlham Əliyev 27 Sentyabr 2021, 10:07 Bakıda II Qarabağ Müharibəsi qəhrəmanlarına abidə UCALDILACAQ  27 Sentyabr 2021, 10:06 Ağdam Cümə məscidində şəhidlərin ruhuna dualar oxunub 27 Sentyabr 2021, 10:03 Prezident Xalqa müraciət edir - VİDEO 27 Sentyabr 2021, 10:00 Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI 27 Sentyabr 2021, 09:55 Qələbəmizin memarı 27 Sentyabr 2021, 09:50 Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı 27 Sentyabr 2021, 09:47 Heydər məscidində şəhidlərin xatirəsi anılıb 27 Sentyabr 2021, 09:44 Azərbaycan Ordusunun inamlı Qələbəsi 27 Sentyabr 2021, 09:40 Yuxarı Gövhər Ağa məscidində şəhidlər anılıb - VİDEO 27 Sentyabr 2021, 09:35 Şeyxülislam: Beynəlxalq hüququn edə bilmədiyini Ordumuz etdi 27 Sentyabr 2021, 09:33 Almaniyanın yeni kansleri kim olacaq… - Seçkinin nəticələri 27 Sentyabr 2021, 09:31 Bakıda səkkiz mağaza yanıb 27 Sentyabr 2021, 09:28 Professor Buludxan Xəlilov vəfat edib 27 Sentyabr 2021, 09:22 İstanbulda Vətən müharibəsi şəhidləri anılıb - FOTOLAR 27 Sentyabr 2021, 09:16 Dini məbədlərdə Şəhidlərin ruhuna dualar oxunur 27 Sentyabr 2021, 09:08 Xarici valyutaların manata qarşı məzənnələri 27 Sentyabr 2021, 09:06 İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb 27 Sentyabr 2021, 09:00 Saat 12-00-da bütün yollarda hərəkət dayandırılacaq 27 Sentyabr 2021, 08:57 Bakıda yaşayış binasında yanğın olub 27 Sentyabr 2021, 08:50 Beynəlxalq səyahətçilər Füzuli Hava Limanına endilər 27 Sentyabr 2021, 08:43 II Qarabağ Müharibəsi niyə BAŞLADI… 27 Sentyabr 2021, 08:35 Xarici İşlər Nazirliyi "Anım günü bəyanatı" YAYDI 27 Sentyabr 2021, 08:24 Sürücülərin nəzərinə - Bu yollar bağlıdır 27 Sentyabr 2021, 08:17
SORĞU Hansı vaksinə etibar edirsiniz?