Modern.az

Cəmil Həsənli və Gültəkin Hacıbəyli REAL-dan üzr istəməlidir - Natiq Cəfərli

Cəmil Həsənli və Gültəkin Hacıbəyli REAL-dan üzr istəməlidir - Natiq Cəfərli

17 May 2020, 13:04
Milli Şura daxilində qarşıdurma davam edir.
 
 
Milli Şura üzvləri Eldəniz Zeynalov, Vahid Məhərrəmlinin Şura sıralarını tərk etməsi, eləcə də, Milli Şuranın onlayn iclaslarında üzvlərin bir-birlərinin ünvanlarına səsləndirdikləri fikirlər əks reaksiyalara səbəb olmaqdadır.
 
 
Hətta Milli Şura-REAL toqquşması da baş verir. Milli Şura sədri Cəmil Həsənli Amerikadan REAL-a təhqir dolu məktub yazıb. Gültəkin Hacıbəyli isə bir qədər də irəli gedərək REAL sədri İlqar Məmmədovu keçmiş Baş prokuror Zakir Qaralov kimi müxalifətə hücum etməkdə günahlandırıb.
 
 
Modern.az məsələ ilə bağlı REAL Partiyasının icraçı katibi Natiq Cəfərli ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında həm Cəmil Həsənlinin, həm də Gültəkin Hacıbəylinin etdiklərinin böyük səhv olduğunu bildirib: “Hesab edirəm ki, hər ikisi çox böyük səhv edib. Əslində, onlara geniş formada cavab vermək fikrim yoxdur. Bu barədə açıqlamalarım çoxdur. Sadəcə onu demək istəyirəm ki, bizə böhtan atanlar REAL-dan üzr istəməlidirlər”.
 
 
Milli Şuranın buraxılması fikirlərinə də münasibət bildirən Natiq Cəfərli olmayan bir qurumun buraxılmasının heç bir əhəmiyyətinin olmadığını deyib: “Milli Şura adlı qurum yoxdur. Sadəcə AXCP-nin YAP təşkilatı var”. İcraçı katib onu da bildirib ki, REAL-a qarşı bu hücum dalğası ilə zaman-zaman qarşılaşıblar: “Hesab edirəm ki, onların növbəti oyunu bizim üçün yeni deyil. Bu insanların fikri, beyni, düşüncəsi 70-ci illərdə qalıb. Dəyişmək fikirləri yoxdur. Bunlar ağ atlı oğlan, ətrafında birləşəcək şəxs axtarırlar. Prinsipləri yoxdur, dünyagörüşləri dardır. Hər şey ortadadır”.
 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?