Modern.az

Qudası Zeynəb Xanlarova ilə bağlı xəbərə HİDDƏTLƏNDİ: “Zeynəb xanım sağdır...”

Qudası Zeynəb Xanlarova ilə bağlı xəbərə HİDDƏTLƏNDİ: “Zeynəb xanım sağdır...”

Mədəni̇yyət

19 May 2020, 09:06

Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar, Sabiq deputat Zeynəb Xanlarovanın dünyasını dəyişməsi barədə xəbərlər yayılıb. Qeyri-rəsmi məlumatlara görə, sənətçi 83 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Xəbər sosial şəbəkələrdə ildırım sürətilə yayılıb.

Modern.az saytının əməkdaşı yayılan məlumatları dəqiqləşdirmək üçün Zeynəb Xanlarovanın oğlu ilə əlaqə saxlamağa çalışıb. Oğlu ilə əlaqə saxlamaq mümkün olmayıb.

Daha sonra Zeynəb Xanlarovanın qudası Maisə Rəhimova ilə telefon əlaqəsi yaratdıq. Sənətçinin qudası xəbərə səert reaksiya göstərərək, saytımıza açıqlamasında bunun yalan olduğunu bildirdi:

"Bilmirik bu xəbəri kim yayıb. Zeynəb Xanlarova sağdı və vəziyyəti də yaxşıdır".

Qeyd edək ki, bu ilin dekabrında Zeynəb Xanlarovanın 84 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2019-cu ilə kimi deputat mandatı daşıyıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir