Arxiv
21 May 2020, 11:45 | QARABAĞ
Şuşadakı “andiçmə” mərasimi təxribatdır - Tural Gəncəliyev

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri və seçilmiş nümayəndəsi olaraq Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasimi ilə bağlı bildirirəm ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən rədd edilmiş “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası yoxdur və həmin “seçki” nəticəsində hər hansı bir qurum və şəxsin legitimliyindən söhbət belə gedə bilməz".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində keçiriləcək qondarma “andiçmə” mərasimi ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, qondarma mərasim danışıqlar prosesini pozmağa hədəflənmiş bir təxribatdır:

 

"Ermənistan hakimiyyəti mütəmadi olaraq bu kimi təxribatçı əməllər törədir və işğal altındakı Şuşa şəhərinin bu qondarma tədbir üçün seçilməsi bunu aydın surətdə nümayiş etdirir.

Bütün bunlar azmış kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsi və danışıqlara zərər vuran bu təxribatda şəxsən iştirak etməsi Ermənistan rəhbərliyinin sülh barədə danışmasının yalnız riyakarlıq olduğunu göstərir.

Ermənistanın atdığı bu addım işğal olunmuş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbədir və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş “xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil edir.

Azərbaycan Respublikası münaqişənin ən qısa zamanda sülh yolu ilə həll olunması istiqamətində davamlı və konstruktiv addımlar atdığı, habelə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sülh və birgəyaşayış çağırışları fonunda Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində belə təxribatlara əl atması bizdə dərin hiddət və ikrah hissi doğurur.

Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir".

 

T.Gəncəliyev bir daha qeyd edib ki, Ermənistan – Azərbaycan münaqişəsi işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması, bütün azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətli şəkildə geri dönməsi və  Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışının təmin edilməsi yolu ilə həll oluna bilər:

 

"Yalnız qeyd edilən addımlardan sonra bölgədə ədalətli və davamlı sülh təmin edilə bilər. 

Biz beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk Qrupunun həm-sədrlərini  Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verməyə və onu pisləməyə çağırırıq".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:48 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46 Prezidentə qarşı sui-qəsd 26 Sentyabr 2020, 20:34 "Səbail" və "Sabah" matçından sonra insident yaşandı 26 Sentyabr 2020, 20:23 Avropa Birliyinin enerji təhükəsizliyi üçün ən böyük zərbə - Deputat yazır 26 Sentyabr 2020, 20:09 Baş nazirin müavini cəbhə xəttinə yollandı 26 Sentyabr 2020, 20:00 “Payız-qış mövsümü problem yarada bilər” - TƏBİB rəsmisi 26 Sentyabr 2020, 18:40 Gürcüstan Müsəlmanları İdarəsinin müftisi İSTEFA VERDİ 26 Sentyabr 2020, 18:25 Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı 26 Sentyabr 2020, 18:12 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu 26 Sentyabr 2020, 18:00 Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO 26 Sentyabr 2020, 17:54 İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü 26 Sentyabr 2020, 17:48 “Təmiz sahil, təmiz Xəzər” devizi ilə təmizlik aksiyası keçirildi - FOTOLAR 26 Sentyabr 2020, 17:40 Bakıda 553 küçə dezinfeksiya olundu - FOTO 26 Sentyabr 2020, 17:33 İctimai nəqliyyatda kart sistemi bütün ölkə üzrə tətbiq olunacaq - Nazirlik 26 Sentyabr 2020, 17:25 COVID-19 qurbanlarının sayı 1 milyona çatır 26 Sentyabr 2020, 17:17 Ərdoğandan “Mavi Vətən” mesajı 26 Sentyabr 2020, 17:08 “Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi 26 Sentyabr 2020, 17:00 Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçdi 26 Sentyabr 2020, 16:54 Goranboyda ağır qəza - ölən var 26 Sentyabr 2020, 16:46 Bir ailənin 3 üzvünü bıçaqlayanlar saxlanıldı 26 Sentyabr 2020, 16:38 Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO 26 Sentyabr 2020, 16:30 Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU 26 Sentyabr 2020, 16:22 Bakıda qəza sıxlığa səbəb oldu - FOTO 26 Sentyabr 2020, 16:15 Sərhəddən tapança keçirmək istədilər - FOTO 26 Sentyabr 2020, 16:08 Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO 26 Sentyabr 2020, 16:00 Prezident Çin Xalq Respublikasının Sədrini təbrik etdi 26 Sentyabr 2020, 15:52 Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 26 Sentyabr 2020, 15:45 DTX əməliyyat keçirdi - həbs olunanlar var - VİDEO 26 Sentyabr 2020, 15:38 Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 26 Sentyabr 2020, 15:30 Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi 26 Sentyabr 2020, 15:23 Ali məktəblərin və kolleclərin boş qalan yerlərinə qəbul başladı 26 Sentyabr 2020, 15:17 Rusiyada bir gündə 7 500-dən çox yoluxma qeydə alındı 26 Sentyabr 2020, 15:09 Bakıda elektriklə işləyən avtobusların istismara veriləcəyi tarix AÇIQLANDI 26 Sentyabr 2020, 15:00 İlham Əliyev Zelenskiyə məktub GÖNDƏRDİ 26 Sentyabr 2020, 14:50