Modern.az

Bakıda 20 yaşlı oğlan yol qəzasında öldü

Bakıda 20 yaşlı oğlan yol qəzasında öldü

23 May 2020, 09:24

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində S.Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 2000-ci il təvəllüdlü Azər Bədirli isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi