Arxiv
23 May 2020, 11:35 | ƏDƏBİYYAT
“Belələrinə 100 manat verirsən, ürəyin nə istəyir yazdırırsan” – Elvin Paşa ilə söhbət

Şair, ssenarist Elvin Paşa ilə ədəbiyyatdan tutmuş yazdığı film və reklam ssenarilərinə qədər söhbətləşdik. Son vaxtlar mediada tez-tez görünməməyinin səbəblərini də açıqladı. Ədəbiyyatımızın bu günkü durumundan, oxucu problemlərindən danışdıq. Həmsöhbətimiz şeir yazıb ömür xərcləməkdənsə, ssenari yazıb pul qazanmağın indiki dövrdə daha doğru olduğunu düşünür.

 

Modern.az-ın “Şənbə söhbəti”nin bu dəfəki qonağı şair Elvin Paşadır:

 

-Elvin, son vaxtlar nə yazırsan, nədən yazırsan?

 

-Beş-altı ay idi ki, yazmırdım. Karantin günlərində 10 şeir yazmışam. Təklikdən, sevgidən, bir də Allahdan...

 

-Sanki sizin dəstədəki uşaqların – sənin, Pərviz Arifin, Rəşad Nağı Mustafanın şeirlərində daha çox dini və inanc elementləri hiss olunur. Allaha bağlılıq və ya bu səpkili eskizlər daha tez nəzərə çarpır...

 

-Məncə bu Allaha bağlılığımızdan irəli gəlir. Əgər inanclı olmasaydıq, başqa şeylər yazardıq. İnanclı olub inancsız poetik nümunələr işləsəydik, bu, qeyri-səmimi olardı. Ümumiyyətlə, mən Allaha inanıram. Karantin günlərində Allahla tək qaldım. Bir də ona qayıtdım, yenə Allaha döndüm. Allahla tək qaldığım halda necə qadından və ya başqa şeylərdən yazım?! Ancaq metafizik şeylər yaza bilərəm. Yaşantılarımı qələmə alıram. Bəzi şeyləri isə məqsədli şəkildə qurursan, qurulan şeirlər də həmin an bilinir.

 

-Qurğu şeirlərinə bu gün təlabat varmı? Adətən oxucularımız bu cür şeirlərdən qaçırlar...

 

-Niyə ki, Salam Sarvanın şeirlərinin 90 faizi qurğudur və adam Azərbaycan ədəbiyyatında iz qoyub. Bu insan söz oynadır. Söz oyunu şairə bədahətən gələ bilməz. Sən onları tapırsan.

 

-Səncə söz oyununu poeziya adlandırmaq olar?

 

-Olar, əlbəttə. Salam Sarvan nümunəsi var də...

 

-Yəni, səncə bu şeirlər uzunömürlüdür? Qalıcıdır?

 

-Demirəm ki, qalıcıdır. Sadəcə olaraq o da bir stildir. Bir baxışdır, yanaşmadır. Əgər sabah ədəbi nəzəriyyədə həmin stilə müraciət etsələr, onun ən möhtəşəm örnəkləri Salam Sarvanın şeirləridir.

 

-“Mən gələr olmadım, yolu qarşıla” kimi misralar 90-cı illərdə olduğu kimi bu gün üçün də çəkicidirmi? Bu gün bu cür misraları şedevr saymaq olarmı?

 

-Xeyr, bu gün yox. Bu, aydın məsələdir. Bu gün mən həmin misranın oxşarını ifadə etsəm, mənə irad bildirərlər ki, bunu deyiblər. Sözümün canı odur ki, sabah ədəbiyyat nəzəriyyəsi yazılsa, Salam Sarvan nümunəsi orada qeyd olunacaq, Elvin Paşanın yazdıqları yox. Həqiqət şairlər başqadır. Salam Sarvanı həqiqət şair hesab etmirəm.

 

-Atan da şairdir. Paşa Talıblı yaradıcılığının sənə təsiri olubmu?

 

-Atamın yaradıcılığının çox az hissəsi ilə tanımışam. Uzaqda olub. Yaradıcılığı da əlyazma şəklindədir. Onun yaradıcılığı ilə keçən il tanış olmuşam. Klassik ruhlu adamdır. Düşünürəm ki, onun yazdıqları “evə tez gəl” deyən şeirlərdir. O ruhdadır. Mən isə dinamik adamam. Ruhum atamın ruhuna yaddır. Başqa ruhda olsa da, çox gözəl, möhtəşəm yazır.

 

-Elvin, Azərbaycanda ədəbi mühitdəki durğunluğun səbəbini nədə görürsən?

 

-Əslində bu barədə danışmaq istəmirəm. Kənardan bir oxucu kimi fikirlərimi deyə bilərəm; üzdə və papaq altda olan şairlərin hər birindən ən azı bir nümunə oxumuşam. Sonra çox məyus olmuşam. Mən əvvəllər ədəbiyyat adamı deyildim. 2010-2011-ci illərdən ədəbi nümunələr oxumağa başladım. Dünya və Azərbaycan ədəbiyyatından nümunələr mütaliə edirdim. Aqşin Yenisey, Qaraqan kimi müəllifləri oxuyurdum. Nəsr əsərləri ilə tanış olurdum. Ən yaxşı hesab edilən imzaları oxuyub həzz almağa çalışırdım. Bir müddətdən sonra ayıldım. Gördüm ki, ən sevdiyim imzaların ən çox bəyəndiyim əsərləri “copy past”dir. Yəni, adamlar “işin içindədir”lər. Dünya ədəbiyyatını ciddi şəkildə oxumağa başladığım vaxt həmin müəlliflərin yazılarındakı köçürmələr, təkrarlar üzə çıxdı.  Gördüm ki, ədəbiyyatımızda bütləşmiş imzaların bir çoxu dünya ədəbiyyatından köçürmələr edib. Sözümün canı odur ki, sənin yeni hesab etdiyin ədəbi nümunələr məlum olur ki, əslində yeni deyilmiş. Sonra da deyirik ki, Azərbaycan ədəbiyyatı niyə dünyaya çıxmır. Niyə çıxmalıdır axı... Həmin imzaların yazdıqları ilə dünya 50 il qabaq tanış olub.

 

-Belə çıxır ki, bizimkilər çox məhəlli yazır?

 

-Bu vaxta qədər bizdən hər hansı bir “...izm” çıxmayıb. Modernizm, post-modernizm və sair... Biz dünyanın bütün izmlərini buraya gətirmişik. Hansı cərəyan Avropada yaranıbsa, buraya gəlib. Buradan yaranan bir “...izm” Avropaya getməyib. Nə çıxırsa çıxsın, amma təki çıxsın... Təssüf ki, bu vaxta qədər olmayıb. Amma dünya ədəbiyyatında kifayət qədər tanınan imzalarımız var. Səlim müəllimin dünya ədəbiyyatı dərgilərində nə qədər yazıları çap olunub. Adamın Polşa, Serbiya ədəbiyyatı nümayəndələri ilə sıx əlaqələri mövcuddur. Mübariz Örənin Fransada kitabının çap olunması zarafat deyil. Bizim əsas problemlərimizdən biri də paxıllıqdır. Mübariz müəllimin çox yaxşı əsərləri var. Adama dəstək olmaq lazımdır ki, daha da irəli getsin. Adamın yaxşı dili, qələmi var. Kömək etmək, dünyaya çıxarmaq lazımdır ki, o da Azərbaycanı tanıtsın. Götürək bir “x” yazıçını, tutaq ki, o Mübariz Örənin dünya ədəbiyyatına çıxmasına kömək edə bilər. Amma o, Mübariz müəllimə yol açmayacaq. Çünki ortada paxıllıq var. Qabağa çıxardıqları adam da çox gedə bilmir. Hətta bir şeir paylaşırsan, biri  şərh bölməsində yazır ki, bu nə şeirdir. Sonra da mesaj qutusuna yazır ki, sən Allah, üzrlü bil, orada elə yazmalıydım, çünki onlar əsl şeir nədir bilmirlər. Bunun adı ikiüzlülükdür. Bunu ədəbiyyatın başında duran, əlində yaxşı çıxışları olan adamlar edir. Belələri pula da satılırlar, 100 manat verirsən, ürəyin nə istəyir yazdırırsan.

 

-Azərbaycanda ədəbiyyat sahəsinə ayrılan pul demək olar ki, MDB məkanında 1-2 dövlətdə ayrılır. Amma yenə də ortada bir nəticə yoxdur... Bunu Yazıçılar Birliyinin fəaliyyətsizliyinin, yoxsa konkret adamların ayağına yazmalıyıq? Bəlkə doğrudan da ədəbiyyatda da bazar iqtisadiyyatı olmalıdır, yəni kimin çıxışı varsa, özünə yol açsın prinsipi əsas götürülməlidir?

 

-Hər bir insanın içərisində mənfəət hissi var. İnsanın daxilindəki böyük qüvvələrdən biri də mənfəətpərəstlikdir. Əgər gördüyün işdən mənfəət götürə bilmirsənsə, peşəkar sayılmırsan. Deyə bilərlər ki, xeyir ola, mən ədəbiyyat üçün çalışıram, mənfəəti düşünmürəm. Amma belə deyil. Peşəkar sözünün mənası bir işi bacaran adam demək deyil, gördüyü işdən, fəaliyyət göstərdiyi sahədən pul qazana bilən adamdır. Doğrudan da mənası belədir. Ədəbiyyatdan bu gün kim pul qazanır ki?! Çinarə Ömray “Mandarin”i, mən öz kitabımı öz hesabıma çıxarmışam. Qonorar da almamışam. Nəşriyyatlar da qınanılası deyil, çünki kitablar satılmır. Nəşriyyat da kitabını çap etdiyi adama 500, 1000 manat verə bilmir. Mənfəət yoxdursa, heç nə alınmayacaq. Yazıçılar Birliyinin üzvü deyiləm, amma hansı istedadlı bir adam AYB-yə yaxınlaşıb iş gördüyünü deyib ki, onlara yox cavabı verilib. Bəlkə də verilib, mən bilmirəm. Hələ ki, Yazıçılar Birliyini özüm üçün çərçivə bilirəm. Amma gələcəkdə üzv də ola bilərəm. Məsələn, mən sifarişlə şeir yazmaq, iş görmək istəmərəm. Ona görə də birliklərdən uzaq durmağa çalışıram.

 

-Hazırda ssenarilər  yazıb pul qazanırsınız...

 

-Bəli, hazırda işin pul qazanmaq tərəfindəyəm. Vaxtilə ədəbiyyat məni əlimdə qəzet küçələrə salıb. İndi onu istəmirəm. Hazırda peşəkar ssenaristəm, kanalların birində Pərviz Ariflə ssenaristəm. Başqa bir yerdə şair Elşən Mehdi ilə reklam şirkətləri üçün ssenari yazıram. “Stand-up” komandasına qoşulmuşam, bir yerdə “stand-up”lar yazırıq. İki uşaq filminə çəkilmişəm. Yəni, bu sahədən pul qazanıram. Həm də sevdiyim sahədir. Dolandırır... Amma ədəbiyyat sahəsində qazanmırsan, xərcləyirsən...

 

 Tural Turan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Təhsil haqqında” qanuna dəyişiklik edildi 25 Noyabr 2020, 21:03 İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı 25 Noyabr 2020, 20:55 İcra başçısı özünə yeni müavin təyin etdi 25 Noyabr 2020, 20:46 Bu obyektlərdə gigiyena tələbləri pozuldu 25 Noyabr 2020, 20:38 “France-24” Kəlbəcər haqqında reportaj hazırladı - FOTOLAR 25 Noyabr 2020, 20:30 Maradona vəfat etdi 25 Noyabr 2020, 20:23 Teledərslərin sabaha olan CƏDVƏLİ 25 Noyabr 2020, 20:15 Bu şəxslərə xidməti pasport verilməyəcək 25 Noyabr 2020, 20:10 Konstitusiya Məhkəməsi Milli Məclisə müraciət etdi 25 Noyabr 2020, 20:03 Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq 25 Noyabr 2020, 19:44 Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib 25 Noyabr 2020, 19:37 Ermənistan prezidentinin eks-köməkçisindən Qarabağ AÇIQLAMASI 25 Noyabr 2020, 19:30 27 illik həsrətə son – Kəlbəcərli qonaqlarla müzakirə - VİDEO 25 Noyabr 2020, 19:18 Bakıda qəza: Yolda sıxlıq var 25 Noyabr 2020, 19:02 DYP-dən sürücülərə MÜRACİƏT 25 Noyabr 2020, 18:48 Xocalı və Xocavəndin bu kəndlərinin adı dəyişdirildi 25 Noyabr 2020, 18:40 Azərbaycanda daha 3469 nəfər virusa yoluxdu - 30 nəfər öldü 25 Noyabr 2020, 18:27 Siyasi partiyalar Fransa ilə bağlı bəyanat YAYDI 25 Noyabr 2020, 18:20 Kamran Əliyevin yerinə yeni TƏYİNAT oldu 25 Noyabr 2020, 18:11 Dünya çempionu Qarabağda şəhid oldu 25 Noyabr 2020, 18:06 Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı 25 Noyabr 2020, 18:04 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü 25 Noyabr 2020, 18:03 Naftalanda QTA-nin nümayəndələri növbəti dəfə birgə reyd keçiriblər 25 Noyabr 2020, 17:57 Azay Quliyev seçicilərlə videogörüş keçirib 25 Noyabr 2020, 17:52 Gəncədə mənzildə meyit tapıldı 25 Noyabr 2020, 17:46 “Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışdı 25 Noyabr 2020, 17:40 Şuşada 27 ildən sonra ilk taksimiz - VİDEO 25 Noyabr 2020, 17:34 Milli Qəhrəmanlar Kəlbəcərin alınmasını ŞƏRH ETDİLƏR 25 Noyabr 2020, 17:28 Hökumət ürəyindən qəlpə yarası alan hərbçiyə ev tikəcək 25 Noyabr 2020, 17:22 AZAL işğaldan azad edilmiş ərazilərdəki hava limanları ICAO reyestrinə daxil edəcək 25 Noyabr 2020, 17:16 Lal, kar, kor dünyanın gözləri qarşısında AZƏRBAYCAN adlı Zəfər 25 Noyabr 2020, 17:10 Lənkəranda 5 min ədəd limon meyvələri oğurlandı 25 Noyabr 2020, 17:05 Nəzakət Teymurovanın “Əsgərə məktub”u 25 Noyabr 2020, 17:00 Məhkəmə keçmiş icra başçısı ilə bağlı QƏRAR VERDİ 25 Noyabr 2020, 16:56 Naftalanda  itkin düşən şəxs axtarılır 25 Noyabr 2020, 16:52
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?