Arxiv
23 May 2020, 12:11 | AKTUAL
Nazirlik əməkhaqqı kartlarının sahiblərində olub-olmamasını ARAŞDIRIR

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, “DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

 

Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla “DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) “DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.

Ötən il “DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.

2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.

“DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə çıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.

Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tanınmış diplomat xalqa ÇAĞIRIŞ ETDİ 14 İyul 2020, 15:29 Azərbaycanlı deputat cəbhədəki vəziyyəti britaniyalı deputatlarla müzakirə etdi 14 İyul 2020, 15:17 İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana DƏSTƏK 14 İyul 2020, 15:12 Gəncə gəncləri: Ali Baş Komandan, əmrinizə hər an hazırıq!  14 İyul 2020, 15:06 Deputat: Ermənistan tərəfindən törədilən təxribatlar onun təcavuzkar siyasətini açıq şəkildə nümayiş etdirir 14 İyul 2020, 15:00 Tovuz istiqamətində şiddətli döyüşlər gedir - Müdafiə Nazirliyi 14 İyul 2020, 14:54 Ermənistanın artilleriya atəşi nəticəsində Tovuzda ev və həyətyanı sahələrə ziyan dəyib 14 İyul 2020, 14:52 Ermənistan ordusunun zabitləri məhv edildi - RƏSMİ 14 İyul 2020, 14:46 Deputat: “Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır” 14 İyul 2020, 14:41 Kremldən Tovuzda gedən döyüşlərə REAKSİYA 14 İyul 2020, 14:36 Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı yeni AÇIQLAMA 14 İyul 2020, 14:30 Müdafiə Nazirliyi cəbhədə yaranmış vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 14:24 Toyuna hazırlaşan şəhid hərbçimiz dəfn olunur - FOTO 14 İyul 2020, 14:18 Beş nəfəri hədələyərək 2 mindən çox pul aldı 14 İyul 2020, 14:12 Bakı sakinləri kredit borcunu ödəyə bilmir 14 İyul 2020, 14:06 Dünya Bankı Azərbaycanı digər ölkələrə nümunə göstərdi 14 İyul 2020, 14:00 Sabirabadda tüfənglə qonşusunu güllələyən şəxs saxlanıldı 14 İyul 2020, 13:54 KTMT-dən ermənilərin törətdikləri təxribatla bağlı BƏYANAT 14 İyul 2020, 13:48 Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA 14 İyul 2020, 13:42 Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək 14 İyul 2020, 13:36 Tovuz döyüşlərində 7 hərbçimiz ŞƏHİD OLUB - SİYAHI 14 İyul 2020, 13:30 Sabahın hava PROQNOZU 14 İyul 2020, 13:25 “Hazırda cəbhə bölgəsində döyüşlər davam edir” - Nazir müavini  14 İyul 2020, 13:20 Ordumuzun generalı və polkovniki ŞƏHİD OLDU 14 İyul 2020, 13:15 Rusiyada koronavirusa yoluxanların sayı 740 minə çatdı 14 İyul 2020, 13:09 Goranboyda online-video müşavirəsi keçirilib - FOTO 14 İyul 2020, 13:04 “Qafqaz lokal müharibə astanasındadır” – Gürcü politoloq 14 İyul 2020, 13:00 Ordumuz ermənilərin daha bir sıra mövqelərini məhv etdi - VİDEO 14 İyul 2020, 12:54 Ermənilərin açdığı atəş nəticəsində Azərbaycanın mülki vətəndaşı həlak oldu 14 İyul 2020, 12:48 Milli Məclisin Sədri TürkPA-ya və Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə müraciət etdi 14 İyul 2020, 12:42 Fazil Mustafanı da Prezident Adminstrasiyasına çağırdılar 14 İyul 2020, 12:36 Ermənilər Tovuzda mülki şəxsləri hədəfə aldılar - RƏSMİ 14 İyul 2020, 12:30 Müəllimlər üçün imtahan keçiriləcək 14 İyul 2020, 12:25 Bu şəhərdə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - FOTOLAR 14 İyul 2020, 12:20 Pakistandan Ermənistana SƏRT BƏYANAT 14 İyul 2020, 12:15