Modern.az

Güclü külək ağacları avtomobillərin üstünə aşırdı - FOTO

Güclü külək ağacları avtomobillərin üstünə aşırdı - FOTO

23 May 2020, 18:18

Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin(BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayev sürücülərə tövsiyə edib ki, bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olsunlar:

 

"İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin.

Bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını xahiş edirik".

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi