Arxiv
24 May 2020, 11:08 | QARABAĞ
“Qarabağ münaqişəsinin həll edilməməsindən narahatıq” - Mövlud Çavuşoğlu

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu DİM.TV-nin canlı yayımında Qlobal Jurnalistlər Birliyinin sədri Mehmet Ali Dimin qonağı olub.

 

Modern.az xəbər verir ki, canlı yayımda Türkiyə XİN rəhbəri azərbaycanlı jurnalist Elşad Eyvazlının Ermənistanın işğal etdiyi Azərbaycan şəhəri Şuşada son təxribatı ilə bağlı sualına cavab verib və ölkəsinin bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

 

Mövlud Çavuşoğlu ilk öncə qeyd edib ki, bir millətin iki diasporu ola bilməz: "Biz bir millət, iki dövlətik. Bir millətin iki dövləti olmaz şüarı ilə erməni məsələsində də birlikdə hərəkət edirik. Ölkədən xaricdə də bizə düşmənçilik edən bütün qüvvələrə qarşı fəaliyyətimizi birlikdə davam etdiririk.

 

Digər tərəfdən can Azərbaycanın torpaqlarının azad edilməsi üçün birlikdə çalışırıq. Azərbaycan torpaqlarının 20 faizi beynəlxalq hüquq baxımından və Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilməsi vacibliyini biz də, Azərbaycan da söyləyir”.

 

Türkiyənin XİN başçısı qeyd edib ki, Azərbaycanın dövlət rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə həll edilməsi istiqamətində danışıqlar aparırlar. Türkiyə münaqişənin bu günə qədər həll edilməməsindən narahatdır: "Bundan əlavə, Türkiyə qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən seçkiləri tanımır. Heç bir dövlət bu seçkiləri tanımayıb. İşğal edilmiş ərazilərdə seçkilərin keçirilməsi təxribatdır.

 

Rusiya bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin həllində-red) önəmli rol oynayır. Cənab Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan-red) hər dəfə Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəndə bu problemi (münaqişəni-red) birlikdə həll edək deyə israr edir”.

 

Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində hansı tələbi irəli sürsə, Türkiyə onu dəstəkləyəcək və birlikdə hərəkət edəcək: "Bu məsələdə heç bir azərbaycanlının şübhəsi yoxdur, ola da bilməz”. (Report)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə nazirliyi Qaraqaya yüksəkliyi ilə bağlı məlumat yaydı 13 İyul 2020, 16:20 Çingiz Qənizadə: “Beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir”.   13 İyul 2020, 16:15 Mehriban Əliyeva: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq” 13 İyul 2020, 16:09 Baş Prokurorluq şəhidlərimizin ailələrinə başsağlığı verdi 13 İyul 2020, 16:05 Putin Ərdoğan Aya Sofya məbədini müzakirə etdilər 13 İyul 2020, 16:04 “Mülki əhali arasında itki yoxdur” - Nazirlik 13 İyul 2020, 16:01 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən şəxs tutuldu 13 İyul 2020, 15:56 Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı bəyanat YAYDI 13 İyul 2020, 15:50 Şəhid baş leytenantla vida mərasimi keçirilir - FOTO 13 İyul 2020, 15:44 Deputat Ermənistanı “dünyaya meydan oxumaq”da  ittiham etdi 13 İyul 2020, 15:38 Ermənistanda əsgər anaları TƏŞVİŞDƏ: “Övladlarımızdan xəbər ala bilmirik” 13 İyul 2020, 15:33 Bu il üç milyon nəfərə 3,059 milyard manat sosial ödəniş edilib 13 İyul 2020, 15:28 115 kubalı həkim Azərbaycana gəldi 13 İyul 2020, 15:22 Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi 13 İyul 2020, 15:16 Nazirlikdən xəbərdarlıq - Qeyri-sabit hava həftə sonuna qədər davam edəcək   13 İyul 2020, 15:10 Polis Bakıda əməliyyat keçirdi - Narkotacirlər saxlanıldı 13 İyul 2020, 15:04 Lavrov Məmmədyarova ZƏNG ETDİ - Cəbhədəki vəziyyət müzakirə olundu 13 İyul 2020, 14:58 Şabranın bu bu kəndinə su çəkilir - FOTO 13 İyul 2020, 14:52 Təhsil İdarəsinə yeni rəis təyin olundu 13 İyul 2020, 14:46 Deputat şəhid Xəyyam Daşdəmirovun ailəsilə görüşüb - FOTO   13 İyul 2020, 14:40 Oğluna sünnət toyu etməyə cəhd göstərdi, CƏRİMƏLƏNDİ 13 İyul 2020, 14:35 Deputat: Ermənistan növbəti dəfə məqsədli şəkildə təxribata əl atdı” 13 İyul 2020, 14:34 Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq İSTƏYİR 13 İyul 2020, 14:32 Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib 13 İyul 2020, 14:30 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 13 İyul 2020, 14:26 Azərbaycan diasporu etiraz bəyanatları yayır 13 İyul 2020, 14:24 Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirildi 13 İyul 2020, 14:20 “Aprel döyüşləri heç kimin yadından çıxmasın” - TƏHLİL 13 İyul 2020, 14:09 Evin həyətində narkotik əkən tutuldu - FOTO 13 İyul 2020, 14:05 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir 13 İyul 2020, 14:00 ““Ordumuzla birgəyik” demək azdır…” - Sahib Alıyev 13 İyul 2020, 13:55 YAP cəbhədəki təxribatla bağlı bəyanat YAYDI 13 İyul 2020, 13:49 Baş nazirin müavini: “Xalq yeni qəhrəmanlarını tanıdı” 13 İyul 2020, 13:43 Prezident: “Həlak olan hərbçilərimizin qisası alındı!” - YENİLƏNİB 13 İyul 2020, 13:40 Müdafiə Nazirliyinin rəsmisindən çağırış - “Düşmənin təxribatına inanmayın” 13 İyul 2020, 13:37