Modern.az

İtaliya çempionatı bu tarixdə bərpa olunacaq

İtaliya çempionatı bu tarixdə bərpa olunacaq

Aktual

25 May 2020, 08:57

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol üzrə İtaliya çempionatı iyunun 13-ü və ya 20-si qaldığı yerdən davam edəcək.

 

Modern.az "TASS"a istinadla xəbər verir ki, bunu İtaliyanın idman naziri Vinçentso Spadafora deyib.

 

"Biz A Seriyasının oyunlarının başlaması üçün iki mümkün tarix üzərində işləyirik - 13 və 20 iyun. Mövsümün başlaması üçün protokol gəldi və o məşqlər üçün razılaşdırılmış protokola çox bənzəyir" - deyən V.Spadaforanın sözlərinə görə, bu barədə qərar mayın 28-i qəbul ediləcək.

 

Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı martın əvvəli koronavirus pandemiyası səbəbilə dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı